main-post-cover

    Google şirkəti 5 milyard dollar dəyərində cərimələnə bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.03.2021
    Emil Nəcəfov
        Görünür, Google şirkəti Chrome brauzerinin Incognito rejimində istifadəçi məlumatlarının yığılması üzrə günahlandırmadan yan keçə bilməyəcək. Bu məsələdə Google şirkətinin etirazlarına baxmayaraq ABŞ-ın federal məhkəməsi 5 milyard dollar dəyərində olan məhkəmə ittihamına nəzər salacaq. Məhkəmə prosesinin davam etdirilməsi qərarı şirkətin Chrome brauzerindəki Incognito rejiminin işə salınmasından sonra da istifadəçi məlumatlarını yığmasının təsdiqlənməsindən sonra verilib. Qeyd etmək lazımdır ki, şirkətə qarşı bu məhkəmə iddiası hələ keçən ilin yay fəslində qaldırılmışdı.
        Məhkəmə belə bir qənaətə gəlib ki, istifadəçi Incognito rejimində olan zaman məlumatlarının yığılması barədə Google tərəfindən məlumatlandırılmır. Şirkət isə bildirib ki, Incognito rejimində hər yeni qovluğun açılması zamanı o, istifadəçiyə potensial məlumat yığımı barəsində xəbərdarlıq edir. Bununla belə Incognito rejimi sadəcə daxil olunmuş saytların tarixçəsinin saxlanması ehtimalını aradan qaldırır. Buna bamayaraq məhkəmə iddiasını qaldırmış şəxslər Google-dan 5 milyard dollar təzminat tələb edirlər. Bu isə məlumat yığımından zərərçəkmiş hər bir şəxs üçün 5000$ təzminat deməkdir.
    Linki kopyala