main-post-cover

    Google internet reklamı bazarında Facebook ilə antimonopoliyaya zidd razılaşmada günahlandırılır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    17.12.2020
    Emil Nəcəfov
        ABŞ-ın 10 ştatının fikrincə Facebook Google internet reklamı bazarında bir-biri ilə rəqabət aparmamaq üzrə razılaşaraq faktiki olaraq bu bazarı öz aralarında bölüşdürüblər. Bu məlumat Texas ştatının general prokuroru Ken Paxton-un bəyanatında qeyd edilib. Bu barədə Vc.ru saytı xəbər verib. Məlumatda qeyd edilib ki, bu məsələdə Facebook internet reklamı bazarınıın müəyyən seqmentlərində fəaliyyət göstərsə də hegemonluğu Google şirkəti saxlayıb. Məlumata əsasən bu şirkətlər müxtəlif reklam sifarişlərinin paylandığı hərraclarda öz əməllərini koordinasiya ediblər. Bu isə öz növbəsində Google şirkətinə reklam qiymətlərini yüksəltməyə imkan verib.
        ABŞ-ın 10 ştatı bu cür əməlləri rəqabət prinsipinə zidd addım adlandırıb. “Google öz hakimiyyətindən sui-istifadə edən trilyonlarla dollar dəyərində monopoliyadır. Vəziyyət hətta o həddə çatır ki, o, Facebook rəhbərliyini razılaşdırılmış sxemlərə razı salaraq rəqabət prosesinin təməlinə zərər vurur” - deyə Ken Paxton bildirib. Google təmsilçisi bildirib ki, bu ittihamlar əsassızdırlar və şirkət məhkəmədə müdafiə olunacaq. Qeyd etmək lazımdır ki, Google şirkətinə qarşı məhkəmə ittihamı qaldırmış ştatlar arasında Texas, Aydaho, Arkanzas, Kentukki, İndiana, Missisipi, Missuri, Şimali Dakota, Cənubi Dakota və Yuta var.
    Linki kopyala