main-post-cover

    Goldman Sachs bankı Ukrayna startapı olan GitLab'a 20 milyon dollar investisiya yatırdı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.12.2018
    Emil Nəcəfov
        Goldman Sachs investisiya bankı Ukrayna startapı olan GitLab-a 20 milyon dollar investisiya yatırıb. Şirkətin CEO-su Sid Sijbrandij bildirib ki, əldə olunmuş investisiyalar şirkətin rəqiblərinin olduğu (Microsoft-un aldığı GitHub servisi və Bitbucker şirkətinin Atlassian servisi) hər bir məhsul üzrə ən yaxşı servis olmağa xərclənəcək. Öz məqsədlərinin əldə olunması üçün şirkət gələn il işçilərinin sayını 2 dəfə böyüdəcək. Goldman Sachs investisiya bankı bu ilin əvvəlində şirkətin məhsullarını istifadə etməyə başlayandan sonra şirkəti tamamilə almağı planlaşdırırdı.
        Məlumata əsasən hal hazırda bank maliyyə müəssisələrinə hansı alətlərin təklif olunması üzrə GitLab-a öz məsləhətlərini verir. GitLab isə Goldman Sachs-ın tələblərinə uyğun olaraq yeni həllər yaradır. Hal hazırda GitLab-ın bazar dəyəri 1.1 milyard dollar təşkil edir. Qeyd etmək lazımdır ki, bu, GitLab-ın əldə etdiyi ilk investisiya deyil. Belə ki, bu ilin sentyabr ayında servis bir sıra fondlardan ümumilikdə 100 milyon dollar, 2017 və 2016-cı illərin hər birində isə 20 milyon dollar investisiya əldə etmişdi. Onu da qeyd etmək lazımdır ki, GitLab servisinin həmtəsisçilərindən biri ukraynalı Dmitriy Zaporojets-dir. Şirkət 47 ölkədə təmsilçiyə sahibdir.
    Linki kopyala