main-post-cover

    Geyilə bilən cihazlar bazarında vəziyyəti əks etdirən statistika təqdim edilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    01.12.2022
    Farid Pardashunas
        Canalys şirkətinin tədqiqatçıları 2022-ci ilin üçüncü rübü üzrə geyilə bilən cihazlar bazarının vəziyyəti barəsində hesabatı təqdim ediblər. Analitiklərin məlumatlarına əsasən bu ilin üçüncü rübündə ümumilikdə 49 milyon ədəd smart saat və fitnes treker istehsal edilib. Bu göstərici isə keçən ilin üçüncü rüb göstəricisindən 3.4% yüksəkdir. Məlumatda qeyd edilib ki, Apple geyilə bilən cihazlar bazarında ən böyük istehsalçı olaraq qalır. Belə ki, bu bazarı əhatə edən satılmış bütün cihazların 20%-i məhz Apple şirkətinə məxsusdur.
        2021-ci ildəki göstəricilər ilə müqayisədə şirkət bu il öz göstəricilərini 37% yaxşılaşdırıb. Samsung bu bazarda Xiaomi-ni üçüncü yerə endirib. Belə ki, il ərzində Samsung-un geyilə bilən cihazlar bazarında satışları 16% yüksəlib. Xiaomi-nin satışları isə 38% aşağı düşüb. Heç gözlənilmədən reytinqin ilk beşliyinə Hindistanın Noise adlı brendi daxil olub. Sözügedən brendin göstəriciləri 223% yüksəlib. Beşinci yeri Huawei şirkəti tutub. Huawei geyilə bilən cihazlar bazarının 7%-nə sahibdir və onun bu il satış göstəriciləri 29% aşağı düşüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər