main-post-cover

    Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.06.2023
    Emil Nəcəfov
        Süni zəka əsaslı ChatGPT Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ süni zəka sistemlərinə marağını artırdı. Analitiklərin fikirlərinə əsasən növbəti onillikdə bu cür sistemlərin qazandıqları gəlirlər ümumilikdə 1.3 trilyon dollara yüksələ bilər. Bloomberg-in verdiyi məlumata əsasən 2022-ci ildə süni zəka sahəsinin əldə etdiyi ümumi gəlir 40 milyard dollar təşkil edib. 2032-ci ilə kimi isə bu göstərici 1.3 trilyon dollara yüksələ bilər. Bu isə süni zəka sahəsinin illik ortalama 42% göstərici ilə genişlənməsi deməkdir.
        Əsasən süni zəka ilə bağlı proqram təminatları, süni zəka assistentləri, proqram təminatı kodlarını yazmaqda yardımçı olan sistemlər 2032-ci ilə kimi 280 milyard dollar mənfəət qazandıra bilərlər. Lakin süni zəka texnologiyalarından istifadə üzrə ən böyük gəliri hardware təminatı gətirəcək. Belə ki, bu sahədə hardware təminatının 2032-ci ilə kimi 641 milyard dollar mənfəət qazandıracağı gözlənilir. Bloomberg Intelligence-in baş texnoloji analitiki Mandeep Singh-in sözlərinə əsasən növbəti 10 il ərzində generativ süni zəka sahəsində böyük və sürətli yüksəliş baş verəcək və həmin yüksəliş texnoloji sektorun hal hazırda çalışma tərzini tamamilə dəyişəcək.
    Linki kopyala