main-post-cover

    Foxconn zavodunda davam edən etirazlar səbəbilə Apple 6 milyon iPhone-dan məhrum ola bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    29.11.2022
    Farid Pardashunas
        Foxconn şirkətinin Çində Apple smartfonlarının istehsalı ilə məşğul olan zavodunda etiraz aksiyaları davam edir. Bloomberg saytı istehsalat zənciri ilə yaxından əlaqəsi olan mənbəsinə istinadən xəbər verib ki, Foxconn zavodunda davam edən etiraz aksiyaları səbəbilə Apple 6 milyon ədəd iPhone 14 Pro modelini əldə edə bilməyəcək. Qeyd etmək lazımdır ki, Foxconn zavodunda problemlər hələ keçən aydan başlayıb. Həmin vaxtda koronavirusa yoluxanların sayı artdığı üçün 20 000 işçi zavod daxilində karantin şəraitinə yerləşdirilib. Bununla belə karantin şəraitinə yerləşdirilmiş işçilərə məhdud sayda qida təqdim edilib.
        Bu isə öz növbəsində zavod işçilərinin işdən ayrılmalarına səbəb olub. Nəticədə Foxconn yeni işçilərin qəbulunu reallaşdırmağa başladı. Lakin işə yeni qəbul edilmiş işçilər də etiraz etmyəy başladılar. Onlar əmək şərtləri və maaşlardan şikayətçi idilər. Hal hazırda Foxconn zavodunda vəziyyət qeyri-stabil olaraq qalır. Şirkət hətta dekabr və yanvar ayları ərzində zavodda işdə qalacaq əməkdaşlara 1800$ dəyərində bonus da təklif edib. Apple şirkətinə gəldikdə isə o, ilk öncə 90 milyon ədəd iPhone istehsalını planlaşdırırdı.
        İndi isə şirkət bu planını 87 milyon ədəd smartfona endirməli olub. Məlumatda qeyd edilib ki, Apple bu itkini gələn ilki istehsalat prosesi vasitəsilə kompensasiya etməyi planlaşdırır. Analitiklərin proqnozlarına əsasən Apple şirkəti 6 milyon ədəd smartfon əldə edə bilməyəcək. Söhbət, yüksək satış göstəricilərinə sahib iPhone 14 ProiPhone 14 Pro Max modellərindən gedir. Foxconn zavodunda etirazlar yaxın həftələrdə də davam etsə, bu, daha ciddi problemlərə səbəb ola bilər. Hal hazırda hər şey Foxconn-un necə tez bir zamanda işçiləri istehsalat prosesinə geri qaytaracağından asılıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər