main-post-cover

    Facebook-un keçmiş əməkdaşı şirkət barəsində vacib sənədləri hüquq-mühafizə orqanlarına təqdim edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    13.10.2021
    Farid Pardashunas
        Facebook-un məlumatlar analizi üzrə keçmiş əməkdaşı Sophie Zhang bildirib ki, o, Facebook-un potensial cinayət əməlləri barəsində detallı dokumentasiyanı ABŞ-ın hüquq-mühafizə orqanlarına təqdim edib. Bundan əlavə olaraq o, ABŞ Konqressi qarşısında ifadə vermək üçün hazır olduğunu da qeyd edib. Bu barədə Business Insider saytı xəbər verib. Sophie Zhang CNN-ə müsahibə verən zaman qeyd edib ki, o, ABŞ-ın 2 böyük siyasi partiyasının Facebook məsələsində bir araya gəldiyini müsbət qarşılayır. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Facebook-un digər keçmiş əməkdaşı olan Frances Haugen ABŞ Senatı qarşısında çıxış etmişdi.
        Öz çıxışı zamanı Frances Haugen bildirmişdi ki, şirkətin əsas prioriteti istifadəçilərin Facebook və Instagram platformalarındakı təhlükəsizlikləri deyil. Şirkətin əsas prioriteti yüksək gəlirlərdir. Sophie Zhang 2020-ci ilin avqust ayında Facebook şirkətindən qovulub. Lakin işdən ayrılmamışdan öncə o, 7800 sözdən ibarət xüsusi qeydi təqdim edib. Zhang-ın fərdi fikirlərə əsaslanaraq tərtib etdiyi qeyddə o, şirkətin bütün dünyadan olan avtoritar rejimlərə öz platformasından istədikləri kimi manipulyasiya etmələrinə imkan verməsini detallı şəkildə açıqlayıb. Bu məsələ ilə bağlı mövcud sənədləri o, hüquq-mühafizə orqanlarına təqdim edib. “Əllərimdə qan var” - deyə Zhang həmin qeydə əlavə də edib.
        Keçmiş əməkdaşın sözlərinə əsasən onu işdən guya pis işlədiyinə görə qovublar. Öz etirafını Zhang şirkətin daxili resursunda və şəxsi saytında paylaşıb. İyul ayında isə Zhang bildirmişdi ki, Facebook onun hosting provayderini şikayət edib və bu səbəblə Zhang-ın şəxsi saytı bağlanıb. Business Insider saytı Facebook şirkətindən Sophie Zhang-ın sözlərinə fikir bildirməsini istəyib. Facebook təmsilçisi öz növbəsində qeyd edib ki, platformanın təhlükəsizlik proqramının büdcəsi 13 milyard dollar təşkil edir. Bu məsələ ilə 40.000 insan məşğuldur. Onlar dünyanın 50 dilində müxtəlif kontentləri yoxlayırlar və şirkət nümayəndəlikləri dünyanın 20 yerində yerləşirlər. 2017-ci ildən şirkətin təhlükəsizlik xidməti 50 ölkədən fake istifadəçilərdən ibarət ümumi 150 qrupu bloklayıb. Şirkət təmsilçisi həmçinin qeyd edib ki, şirkət istifadəçilərin təhlükəsizliklərinin təmin olunması məsələsinə bütün məsuliyyəti ilə yanaşır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər