main-post-cover

    Facebook rebrendinq etməyə hazırlaşır: Şirkətin yeni adı nə olacaq?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    20.10.2021
    Farid Pardashunas
        Facebook şirkəti öz adını dəyişmək niyyətindədir. Verilmiş məlumata əsasən şirkət rəhbərliyi elə bir brend yaratmaq istəyir ki, o, “metaverse” (metakainat) konsepsiyasına aid olsun və bu konsepsiyaya daxil olacaq bütün məhsulları əhatə etsin. Bu barədə The Verge saytı xəbər verib. Məlumatda qeyd edilib ki, şirkətin yeni adı sirr olaraq saxlanılır. Şirkətin yeni adını hətta rəhbərliyin ən yüksək üzvlərinin də bilməmə ehtimalı var. Güman olunur ki, şirkətin yeni adı Horizon adlı tətbiq ilə əlaqəli ola bilər. Sözügedən tətbiq ofis işinin virtual imitasiyası üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, ad dəyişikliyi yalnız şirkəti əhatə edəcək. Sosial şəbəkənin adı olduğu kimi qalacaq.
        Sosial şəbəkə əvvəlki kimi fəaliyyət göstərəcək. O sadəcə olaraq digər şirkət adı altında təqdim olunacaq. Buna misal olaraq Google şirkətini gətirmək olar. Belə ki, Google özü Alphabet adlı holdinqin tərkibinə daxildir. Facebook şirkətinin yeni adının 28 oktyabr tarixində elan ediləcəyi gözlənilir. Mark Zuckerberg metaverse konsepsiyasının yaradılma planını hələ iyul ayında anons etmişdi. Həmin vaxtda Zuckerberg bildirmişdi ki, metaverse konsepsiyasının əsas özəlliyi ondan ibarət olacaq ki, bir istifadəçi digərinin varlığını rəqəmsal mühit içərisində fiziki olaraq hiss edə biləcək. Zuckerberg-in sözlərinə əsasən bu cür konsepsiyanın reallaşdırılması üçün şirkətə 5 il vaxt lazım olacaq. Şirkət metaverse konsepsiyası çərçivəsində əsas üstünlüyünü AR VR texnologiyalara verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər