Elon Musk Twitter üçün yeni icraçı direktor tapıb
Tech-Biznes
Startup və Biznes
e-ticaret
12.05.2023
Emil Nəcəfov
Keçən ilin oktyabr ayının sonunda Twitter-i almış Elon Musk hələ də sosial şəbəkənin biznesində dəyişikliklər etməklə məşğuldur. Lakin bu ilin fevral ayında o bildirmişdi ki, ilin sonuna kimi Twitter üçün yeni icraçı direktor tapacaq. İndi isə məlum olub ki, Musk sosial şəbəkə üçün yeni icraçı direktoru artıq tapıb və o öz işinə 6 həftədən sonra başlayacaq.
“Twitter üçün yeni icraçı direktoru qəbul etdiyimi elan etməkdən şadam. O, təqribi olaraq 6 həftədən sonra bu vəzifədə çalışmağa başlayacaq. Mən isə şirkətdə direktorlar şurasının icraçı sədri və texniki direktor kimi çıxış edəcəm və üstəlik məhsulların və proqram təminatının hazırlanmasına rəhbərlik edəcəm” - deyə Musk öz Twitter hesabında qeyd edib.
Musk sosial şəbəkənin yeni icraçı direktorunun adını açıqlamasa da, The Wall Street Journal-ın verdiyi məlumata əsasən söhbət, Linda Yaccarino-dan gedir. Linda Yaccarino hal hazırda NBCUniversal adlı media şirkətinin reklam şöbəsinin rəhbəri vəzifəsində çalışır. Aydın məsələdir ki, yeni icraçı direktorun işə başlamasından sonra da Musk Twitter-in inkişaf strategiyasına və sosial şəbəkənin texniki tərəfinin fəaliyyətinə təsirini qoruyub saxlayacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!