main-post-cover

    Elon Musk Twitter işçilərinə distant işləməyi qadağan edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.11.2022
    Farid Pardashunas
        Twitter-in yeni sahibi olan Elon Musk ilk dəfə şirkət əməkdaşlarına məktub vasitəsilə müraciət edib. Dünən onun şirkət əməkdaşlarına göndərmiş olduğu məktubda Musk sosial şəbəkəni çətin zamanların gözlədiyindən danışıb. Bununla yanaşı o, əməkdaşlara distant işləməyi qadağan edib. Sadəcə olaraq müəyyən səbəblər çərçivəsində bu və ya digər şirkət əməkdaşı distant işləyə biləcək. Bununla belə distant işləmək üçün əməkdaş fərdi şəkildə Musk-dan icazə almalı olacaq. Musk öz məktubunda qeyd edib ki, hal hazırda mövcud olan iqtisadi vəziyyəti və həmin vəziyyətin reklamlardan asılı qalan Twitter kimi biznesə göstərdiyi təsirləri qiymətləndirməmək olmaz.
        Bloomberg-in verdiyi məlumata əsasən Twitter əməkdaşlarının distant işləmələrinin qadağan olunması artıq qüvvəyə minib. Beləliklə şirkət əməkdaşları həftədə minimum 40 saat ərzində ofisdə çalışmalı olacaqlar. Musk 2 həftədən az bir müddətdir ki, Twtter-in CEO-su rolunda çıxış edir. Bu müddət ərzində o, şirkətin Hindistandakı şöbəsində olan işçilərin 90%-ni işdən azad edib. İşdən azad edilmə prosesi həmçinin şirkətin ABŞ şöbəsini də əhatə edib. Bundan əlavə olaraq Musk Twitter Blue abunəliyinin qiymətini qaldıraraq aylıq 8$ edib və Twitter Blue istifadəçilərinin hesablarını göy rəngli təsdiqləmə ikonu ilə təmin edib. Musk əlavə olaraq öz məktubunda qeyd edib ki, gələcəkdə abunəliklərdən əldə ediləcək gəlir Twitter-in ümumi gəlirinin yarısını təşkil etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər