main-post-cover

    Elon Musk Twitter-in yeni CEO-nun kim olacağını təsdiqləyib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.05.2023
    Farid Pardashunas
        Keçən həftə Elon Musk elan etmişdi ki, o, Twitter üçün yeni CEO-nu təyin edib. Öz elanında Musk sosial şəbəkənin yeni CEO-su vəzifəsində çalışacaq şəxsin adını açıqlamasa da bir çox mənbələr qeyd etmişdilər ki, söhbət, Linda Yaccarino-da gedir. O, NBCUniversal şirkətinin qlobal reklam şöbəsinin direktoru vəzifəsində çalışır. İndi isə Musk rəsmi şəkildə təsdiqləyib ki, Twitter-in yeni CEO-su vəzifəsində həqiqətən də Linda Yaccarino çalışacaq.
        Musk bildirib ki, Linda Yaccarino öz yeni vəzifəsində təqribi olaraq 6 həftədən sonra çalışmağa başlayacaq. “Mən, Linda Yaccarino-nu Twitter-in yeni CEO-su qismində salamlamaqdan şadam. O öz növbəsində sosial şəbəkənin biznes əməliyyatlarına diqqət ayıracaq. Mən isə şirkətin yeni məhsulları ilə məşğul olacam. Bu platformanı universal X tətbiqinə çevirmək üçün Linda ilə çalışmaqdan səbrsizlənirəm” - deyə Musk qeyd edib. Qeyd etmək lazımdır ki, keçən ayın ortasında Floridada keçirilmiş marketinq konfransında Musk ilə Linda bir yerdə müsahibə vermişdilər.
        Müsahibə çərçivəsində aparılmış müzakirələr zamanı bu iki şəxs Twitter-in gələcəyində marketinqin rolundan və platformanın mədəni dialoqdakı yerindən söhbət etmişdilər. Qeyd etmək lazımdır ki, Musk-ın Twitter-i aldıqdan sonra bir çox reklamçıların sosial şəbəkədən üz döndərdikləri bir vaxtda Linda Yaccarino Twitter-in marketinq direktorları və reklam şöbəsinin rəhbərləri ilə sıx əlaqədə qalmağa davam etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər