Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Startup və Biznes
13.05.2022 PAYLAŞIM

    Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxmağa başlamışdı. Həmin məlumatların ortaya çıxmasından daha öncə isə Musk sözügedən sosial şəbəkənin səhmlərinin 9%-ni əldə etmişdi. Aprel ayının sonunda rəsmi şəkildə elan edilmişdi ki, Musk Twitter-i 44 milyard dollara alacaq. Lakin indi məlum olub ki, o, Twitter-in satın alınma prosesini dayandırıb. Səbəb isə sosial şəbəkədə olan fake və spam istifadəçi hesablarıdır. Həmin istifadəçi hesabları Musk-ı narahat edir və o, Twitter-də bu cür hesabların hansı sayda olduğunu təyin etmək istəyir. Məlumata əsasən sosial şəbəkənin satın alınması ləğv edilməyib.

    O sadəcə olaraq müəyyən müddətlik dayandırılıb. Bu müddət ərzində Twitter-də fake və spam istifadəçi hesablarının sayı dəqiqləşdirilməlidir. Musk bildirib ki, Twitter-in öz məlumatlarına əsasən sosial şəbəkədə olan bu cür hesabların sayı ümumi istifadəçi hesablarının 5%-ni təşkil edir. Musk bildirib ki, sözügedən göstəricinin doğruluğu müəyyən olunana kimi tərəflər arasında müqavilənın bağlanması təxirə salınıb. Sözügedən xəbərin ortaya çıxmasından sonra Twitter-in səhmlərinin dəyərləri 20% aşağı düşüb. Twitter tərəfindən fake və spam istifadəçi hesabları üzrə hazırlanan hesabatın isə nə zaman təqdim olunacağı və yekunda müqavilənin bağlanma şərtlərinə təsir edib-etməyəcəyi bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

'Technovate Investments' vençur və ya 'startup studio' modeli ilə işləyir. Bu startaplar ilə işləyə..


Elon Musk-ın Twitter-i 44 milyard dollara alması rəsmi şəkildə elan edilib

Elon Musk-ın Twitter-i 44 milyard dollara alacağı təsdiqlənib. Twitter bu məlumatı rəsmi şəkildə təs..

×