Reklam
Elon Musk Twitter ilə olacaq məhkəmə işinə tez bir zamanda baxılmasına qarşıdır

Elon Musk Twitter ilə olacaq məhkəmə işinə tez bir zamanda baxılmasına qarşıdır

Startup və Biznes
18.07.2022 PAYLAŞIM

    Elon Musk ilə Twitter arasında baş tutacaq məhkəmə prosesi çərçivəsində sosial şəbəkənin maraqlarını qoruyacaq hüquq təmsilçiləri ABŞ-ın Delaver ştat məhkəməsindən bu məhkəmə işinə sentyabr ayından başlayaraq 60 gün ərzində baxmağı xahiş ediblər. Musk-ın hüquqşünasları isə bu məhkəmə işinə gələn ilin fevral ayından tez baxmamaqda israrlıdırlar. Onların sözlərinə əsasən Twitter-in bu məsələdə tələsməyi onun öz ümumi istifadəçi kütləsindəki fake istifadəçi hesablarının real saylarının gizlədilməsi məqsədini daşıyır. Qeyd etmək lazımdır ki, Musk ilə Twitter arasındakı məsələ sürətlə inkişaf etməkdə davam edir. Məlum olub ki, hakim Kathaleen McCormick artıq sabaha ilk məhkəmə dinləməsini təyin edib. Baş tutacaq məhkəmə dinlənməsi zamanı hakim 90 dəqiqlə ərzində hər iki tərəfin arqumentlərini dinləyəcək.

Twitter isə öz növbəsində şirkətin səhmdarlarına müraciət edərək onları müqaviləni hələ aprel ayında Musk ilə birlikdə razılaşdırılmış şərtlər əsasında qəbul etməyə çağırıb.

    Hüquqi nöqteyi nəzərdən səhmdarların razılıqları müqavilənin yekunlaşması üçün nəzərdə tutulmuş son formal prosesdir. Lakin hal hazırda mövcud olan şərtlər çərçivəsində Twitter müqavilənin ilkin şərtlərinin Musk tərəfindən məhkəmə yolu ilə yerinə yetirilməsinə nail olmağa çalışır və məhkəmədə qalibiyyət müqavilənin sonlandırılması üçün nəzərdə tutulmuş ikinci şərt rolunu oynayır. Twitter səhmdarları tərəfindən səsvermənin nə zaman baş tutacağı bilinmir. Musk-ın təmsilçiləri isə hakimə müraciət edərək Twitter-in tələbi ilə bu məhkəmə işinə tez bir zamanda baxılmasının rədd edilməsini xahiş ediblər. Məlumdur ki, sosial şəbəkə sözügedən məhkəmə işinin 25 oktyabr tarixinə kimi baxılıb yekunlaşdırılmasını istəyir. Belə ki, sosial şəbəkə ilə Musk arasında müqavilənin razılaşdırılmış şərtləri məhz həmin tarixdə öz aktivliklərini itirəcəklər.


Musk-ın fikrincə sosial şəbəkənin bu məsələdə bu cür tələsməyi Twitter-dəki fake istifadəçi hesablarının real sayları barəsində doğru məlumatı gizlətmək cəhdinin sübutudur.

    Musk tərəfinin fikrincə bu məsələnin araşdırılması üçün müəyyən vaxt və mütəxəssislərin səyləri lazımdır və buna görə də yekun məhkəmə iclası gələn ilin 13 fevral tarixindən tez keçirilməməlidir. Qeyd etmək lazımdır ki, hətta bunun baş verəcəyi halda da Musk kreditorlar tərəfindən müqavilənin bağlanması üçün təyin edilmiş zaman çərçivəsindən kənarda qala bilər. Belə ki, Twitter-in alınması üçün cəlb edilmiş maliyyə vəsaitini Musk gələn ilin aprel ayına kimi əldə etməlidir və əgər fevral ayında start götürəcək məhkəmə prosesi çərçivəsində hakim öz yekun qərarını aprel ayına kimi verməsə, Musk sosial şəbəkənin alınması üçün nəzərdə tutulmuş maliyyə vəsaitindən məhrum olacaq. Qeyd etmək lazımdır ki, sosial şəbəkə məhkəmədən Musk-ın Twitter-i 44 milyard dollara alınmasını tələb edir. Sabah baş tutacaq ilk məhkəmə dinlənməsi çərçivəsində hakim bu məhkəmə işinə sürətli şəkildə və ya Musk-ın tələbi ilə müəyyən zaman ərzində baxmağın lazım olub-olmadığına qərar verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Twitter əsasında WeChat-a bənzər supertətbiq yaratmağı planlaşdırır..

Bir neçə gün bundan öncə məlum oldu ki, Elon Musk yenidən Twitter-i 44 milyard dollara almaq həvəsin..


Elon Musk Twitter-i almaq qərarına gəlib

Elon Musk Twitter-ə sosial şəbəkənin ilkin razılaşdırılmış şərtlər çərçivəsində alınması prosesinin ..


Elon Musk Twitter ilə məhkəmə prosesində sosial şəbəkənin keçmiş direktoru Jack ..

Elon Musk aprel ayında tərəflər arasında razılaşdırılmış şərtlər çərçivəsində Twitter-in alınmasında..


Elon Musk Twitter-i 44 milyard dollara yalnız bir şərtlə alacağını bildirib..

Məlumdur ki, Elon Musk-ın Twitter-i almaqdan imtina etməsinin əsas səbəbi onun bu sosial şəbəkənin ü..


ABŞ hökuməti Huawei barəsində yeni istintaqa start verib: Şirkət hərbi casusluqd..

ABŞ hökuməti Çinin telekommunikasiya və smartfon istehsalçısı olan Huawei şirkəti barəsində yeni ist..


Rəsmi qərara əsasən Elon Musk ilə Twitter arasındakı məhkəmə işinə sürətli şəkil..

Elon Musk ilə Twitter arasında planlaşdırılan müqavilənin ləğv edilməsi səbəbilə öncədən təyin edilm..

×