Elon Musk Twitter-i 44 milyard dollara yalnız bir şərtlə alacağını bildirib

Elon Musk Twitter-i 44 milyard dollara yalnız bir şərtlə alacağını bildirib

Startup və Biznes
08.08.2022 PAYLAŞIM

    Məlumdur ki, Elon Musk-ın Twitter-i almaqdan imtina etməsinin əsas səbəbi onun bu sosial şəbəkənin ümumi istifadəçi kütləsinin 5%-dən çoxunun fake istifadəçi hesablarından ibarət olduğunu düşünməsindədir. Lakin keçən həftənin sonunda o, Twitter-i 44 milyard dollara almaq üçün yerinə yetirilməsi lazım olan şərtini açıqlayıb. Musk-ın şərtinə əsasən Twitter rəhbərliyi sosial şəbəkənin ümumi istifadəçi kütləsinin fake hesablardan ibarət hissəsinin 5%-dən çox olmadığını sübut etməlidir. Beləliklə Musk qeyd edib ki, əgər Twitter rəhbərliyi sosial şəbəkə daxilindəki fake istifadəçi hesablarının saylarını dəqiq şəkildə göstərəcək üsulu sərgiləsə, o, Twitter-in 44 milyard dollara alınması fikrinə geri qayıda bilər. Yəni başqa sözlə desək, Musk sosial şəbəkənin öncədən razılaşdırılmış şərtlər əsasında alınmasına hazırdır.

    Sadəcə olaraq onun tələb etdiyi şərti reallaşdırmaq lazımdır. Bu üsul ilə Musk sosial şəbəkənin müqaviləyə hazırlıq prosesi çərçivəsində ABŞ-ın nizamlayıcı orqanlarına təqdim etmiş olduğu məlumatlara şübhə ilə yanaşdığını qeyd edib. Onun fikrincə ABŞ Dəyərli kağızlar və birjalar üzrə komissiya (SEC) öz təşəbbüsü ilə həmin məlumatları yoxlamalı idi. Musk həmçinin öz Twiitter hesabında bildirib ki, o, sosial şəbəkədəki fake istifadəçi hesabları məsələsində Twitter-in CEO-su Parag Agrawall-ın arqumentlərini dinləməyə hazırdır. Qeyd etmək lazımdır ki, Twitter rəhbərliyinin sözlərinə əsasən sosial şəbəkənin ümumi istifadəçi kütləsinin yanız 5%-i fake hesablardan ibarətdir. Lakin Musk-ın fikrincə bu göstərici 5%-dən daha çoxdur. Twitter ilə Musk arasındakı məhkəmə prosesinə oktyabr ayında start veriləcək və bu prosesin 5 gün ərəzində davam edəcəyi gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ hökuməti Huawei ilə əməkdaşlıq üçün yerli şirkətlərə verilən eksport lisenzi..

ABŞ hökuməti 2019-cu ildə Huawei şirkətinə qarşı sanksiyalar tətbiq edən zaman onunla əməkdaşlıq etm..


Apple Google servislərini iOS-dən sıxışdırıb çıxartmaq niyyətindədir

Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək..


Microsoft ChatGPT-nın yaradıcısı OpenAI şirkətinə milyardlarla dollar investisiy..

Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir..


İrlandiya Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib

İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələy..


SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

Elon Musk-a məxsus olan SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də o öz maliyyə göstərici..


Elon Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs oldu

Elon Musk təəccübləndirməyə davam edir. 1 ildən bir qədər çox müddət bundan öncə Musk dünyanın ikinc..

×