main-post-cover

    Elon Musk, Starlink layihəsini ayrıca şirkətə çevirərək onu birjaya çıxardacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    29.09.2020
    Farid Pardashunas
        Elon Musk, Starlink peyk interneti layihəsinin ayrıca ictimai şirkətə çevrilməsi ehtimalının olduğunu bildirib. Bu halda onun səhmləri birjaya çıxarılacaq. Görünür, bu layihənin tam işə salınması üçün lazım olan 60 milyard dollar vəsaiti başqa cür əldə etmək mümkün olmayacaq. Lakin bu halda Starlink yaxın aylar ərzində deyil yalnız bir neçə ildən sonra birjaya çıxacaq. Söhbət, Starlink-in daimi gəlir axınını təmin edə biləcəyi vaxtdan gedir. Bu barədə CNBC saytı xəbər evrib.
        Qeyd etmək lazımdır ki, Starlink-in ayrıca şirkətə çevrilməsi ehtimalı haqqında SpaceX hələ bu ilin fevral ayında danışmışdı. Mütəxəssislərin hesablamalarına əsasən Starlink layihəsinin tam işə salınması üçün 60 milyard dollardan çox vəsait lazım olacaq. Söhbət, Yer kürəsinin orbitinə 42.000 ədəd peykin yerləşdirilməsindən gedir. Bu cür vəsaiti isə yalnız səhmləri birjaya çıxartmaqla əldə etmək olar. Lakin mart ayında Musk bu ideyadan imtina etmişdi. Həmin vaxtda o qeyd emtişdi ki, layihənin əsas məqsədi bankrot olmamışların siyahısına daxil olmaqdır.
        Bununla o, 2000-ci illərin əvvəllərində peyk internetini reallaşdıra bilməmiş və nəticədə uğursuz olmuş bir sıra peyk şirkətlərinə işarə edib. Lakin dünən Musk öz Twitter hesabında bu ideyanı yenidən təsdiqləyib. Buna baxmayaraq o qeyd edib ki, Starlink yalnız bir neçə ildən sonra ictimai şirkətə çevriləcək. Keçən il Musk qeyd etmişdi ki, o, Starlink layihəsini SpaceX-in əsas gəlir mənbəyi hesab edir və həmin layihədən gələcək gəlirlər sayəsində SpaceX yeni kosmik raketlər və gəmilər inşa etməlidir. Onun hesablamalarına əsasən qlobal peyk interneti hər il 30 milyard dollar gəlir gətirmə potensialına sahibdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər