main-post-cover

    Elon Musk, Jeff Bezos-un peyk interneti layihəsi üçün çətinliklər yaradıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    01.02.2021
    Farid Pardashunas
        Amazon şirkəti özünün peyk interneti sisteminin yaradılmasını planlaşdırır və artıq bu perspektivli layihəyə 10 milyard dollar vəsait yatırıb. Bu isə öz növbəsində Starlink peyk interneti layihəsinə sahib Elon Musk-ın cavab addımlar atmasına səbəb olub. Beləliklə Elon Musk, Amazon-un CEO-su Jeff Bezos-un işlərini qəlizləşdirib. SpaceX və Amazon peyk interneti sisteminin yaradılması planlarını qururlar. Lakin bu məsələdə Elon Musk finişə birinci çatacaq. Belə ki, Starlink layihəsinin Yer kürəsinin orbitində artıq 1000-dən çox internet peyki mövcuddur və o, bir sıra ölkələrdə test rejimində çalışma mərhələsinə keçid edib.
        Jeff Bezos isə özünün Kuiper Systems adlı orbital peyk sisteminin işə salınmasına hazırlaşırdı. Lakin Musk onun planlarını qəlizləşdirib. Məlum olub ki, Musk bəzi peyklərin daha aşağı hündürlükdə yerləşdirilməsi üçün şəbəkələr üzrə federal komissiyadan icazə alıb. Jeff Bezos-un fikrincə bu addım rəqabətin aradan qaldırılmasına yönəlib. Belə ki, aşağı hündürlükdə yerləşdirilmiş peyklər Kuiper Systems peykləri ilə toqquşma təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar və ya onların siqnal ötürülməsində nasazlıqlar yaradacaqlar.
        Beləliklə o, SpaceX-in həmin peykləri aşağı hündürlükdə yerləşdirilməsinin qadağasını tələb edib. Elon Musk isə öz növbəsində bildirib ki, bu məsələdə rəqabətdən danışmaq çox gülməlidir. Belə ki, Kuiper Systems layihəsi hələ planlaşdırılma mərhələsindədir və bu layihənin heç bir peyki hələ mövcud deyil. Bu cür bəyanata baxmayaraq Amazon təmsilçiləri qeyd ediblər ki, onlar özlərinin peyk sistemlərini rəqiblərin peyk sistemlərinin yerləşdirilməsini nəzərə alaraq yaradıblar. Bu isə o deməkdir ki, bu məsələdə ola biləcək istənilən dəyişiklik bazar üçün ziyandır və ictimaiyyətin maraqlarına ziddir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər