main-post-cover

    Elon Musk Jeff Bezos-u geridə qoyaraq dünyanın ən varlı şəxsinə çevrildi

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.01.2021
    Farid Pardashunas
        Dünən Tesla şirkətinin səhmlərinin qiymətlərinin yüksəlməsi səbəbilə Elon Musk-ın sərvəti 185 milyard dolları keçib. Beləliklə Musk dünyanın ən varlı şəxsləri siyahısında uzun illər liderliyini qorumuş Jeff Bezos-u (sərvəti 184 milyard dollar) geridə qoyub. Bu barədə CNBC saytı xəbər verib. 2020-ci ilin əvvəlində Musk-ın sərvəti 27 milyard dollar dəyərində qiymətləndirilmişdi.
        Lakin son 12 ay ərzində onun sərvəti Bill Gates-in sahib olduğu sərvəti (132 milyard dollar) keçib. Tesla şirkətinin səhmlərinin qiymətləri 2020-ci ilin əvvəli ilə müqayisədə 8.5 dəfə artıb. Şirkətin bazar dəyəri isə 737 milyard dollar dəyərindədir. Bir neçə müddət bundan öncə Tesla keçən ilin illik plan hesabatını təqdim etmişdi. Beləliklə şirkət 2020-ci il ərzində yarım milyon elektromobil istehsal edib. Şirkət maliyyə nəticələrini daha sonra təqdim edəcəyini bildirib. Musk isə bütün bu olanlara öz Twitter hesabında belə reaksiya verib: “Çox qəribədir. İşə davam”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər