main-post-cover

    Elon Musk ilə Twitter arasında müqavilənin bağlanması sual altındadır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    08.07.2022
    Emil Nəcəfov
        Elon Musk tərəfindən Twitter-in alınması üçün görülən hazırlıq müxtəlif ziddiyyətlər təşkil etməyə davam edir. Sözügedən sosial şəbəkənin təmsilçiləri xüsusi brifinq keçirdiblər və həmin brifinq çərçivəsində onlar Twitter-in istifadəçi kütləsinin yalnız 5%-nin botlardan ibarət olduğunu sübuta yetirməyə çalışıblar. Lakin qeyri-rəsmi mənbələrin verdikləri məlumatlara əsasən Musk və onun mütəxəssisləri sosial şəbəkədə fake istifadəçi hesabların ümumi saylarını təyin etmək üçün nəzərdə tutulmuş işlək üsul tapa bilməyiblər. Nəticədə geridə qalmış 24 saat ərzində Twitter-in səhmlərinin dəyərləri gah düşüb gah da qalxıb. Twitter təmsilçiləri ilk olaraq sosial şəbəkədə fake istifadəçi hesablarının ümumi saylarının təyin edilməsi üsulu barəsində məlumatları verəndən sonra şirkətin səhmlərinin dəyərləri gündüz vaxtı 2.6% yüksəlməyə çalışıblar.
        Lakin daha sonra The Washington Post saytında Musk ilə Twtter arasındakı müqavilənin sual altında qalması xəbəri çıxandan sonra sosial şəbəkənin səhmlərinin dəyərləri 4% aşağı düşdü. The Washington Post öz xəbərində qeyd edib ki, Musk-ın komandası Twitter tərəfindən təqdim edilmiş məlumatların doğruluqlarını yoxlamaq üçün nəzərdə tutulmuş işlək üsulun tapılması ümidini artıq itirib. Əks halda Twitter-in ümumi istifadəçi kütləsinin nə qədərinin fake hesablardan ibarət olduğunu təyin etmək mümkün olardı. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, sosial şəbəkənin potensial alıcısı tərəflər arasında bağlanılması düşünülən müqavilə üçün maliyyələşdirmə axtarışını dayandırıb. Qeyd etmək lazımdır ki, ilkin şərtlərə əsasən Musk sözügedən sosial şəbəkəni 44 milyard dollara almalı idi.
        Gözləntilərə əsasən tərəflər arasında bağlanması güman edilən müqavilədə dəyişikliklər olacaq. Musk-ın ilkin şərtlər çərçivəsində Twitter-in alınmasından imtina edəcəyi və ya bu müqavilənin ümumiyyətlə ləğv ediləcəyi bilinmir. Mütəxəssislər bildiriblər ki, hər iki ehtimal Musk üçün elə də asan başa gəlməyəcək. İlk öncə o, sübut etməlidir ki, Twitter tərəfindən fake hesablar barəsində təqdim edilmiş məlumatlar həqiqətən də müqavilə şərtlərini ciddi şəkildə pozublar. İlkin mərhələdə sosial şəbəkənin alınması ilə bağlı aparılmış danışıqların tez-tələsik şəkildə keçməsini nəzərə alsaq, bu məsələni sübut etmək çox çətin olacaq. Twitter-in alınmasından tamamilə imtina halında 1 milyard dollar cərimənin ödənilməsi vasitəsilə Musk bu məsələdən asan yolla yayına bilməyəcək. Müqavilənin tamamilə ləğv ediləcəyi halda Twitter məhkəmə vasitəsilə Musk-dan təzminat əldə edə və hətta onu öz Twitter aktivlərini almağa məcbur edə bilər.
    Linki kopyala