main-post-cover

    Elon Musk barəsində yeni istintaqa start verilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.02.2021
    Emil Nəcəfov
        ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) Elon Musk-ın Dogecoin adlı kriptovalyuta barəsindəki tweet-lərindən sonra istintaqa start verib. Son zamanlarda Dogecoin dəfələrlə Musk-ın tweet-lərində əsas mövzuya çevrilmişdi. İlk öncə Musk öz Twitter hesabında Falcon 9 raketinin fotosunu Doge yazısı ilə paylaşmışdı. Həmin paylaşımdan sonra Dogecoin-in qiyməti kəskin şəkildə qalxmışdı. Həmin vaxta kimi isə sözügedən kriptovalyuta geniş kütlə arasında o qədər də məşhur deyildi. Daha sonra Musk bu kriptovayutaya sahib olan insanlara müraciət edərək onların Dogecoin-ləri satmalı olduqlarını bildirmişdi.
        İndi isə məlum olub ki, SEC bu hadisə ilə maraqlanacaq. Kütləvi informasiya vasitələri dəfərlərlə Musk-ın SEC-ə olan münasibətlərini qeyd ediblər. Məsələn CNBC saytının sözlərinə əsasən Musk bu komissiyanın qısaldılmış adını bu cür izah edir: Shortseller Enrichment Commission (Qısa mövqeləri saxlayanları zənginləşdirən komissiya). Məlumata əsasən Musk-ın SEC-ə qarşı olan bu cür münasibəti bir neçə il bundan öncə komissiyanın onu dələduzluqda günahlandırmasından sonra yaranıb. Həmin hadisə nizamlansa da görünür, Musk SEC-dən acıqlı qalıb
    Linki kopyala