main-post-cover

    Donald Trump, TikTok-un və WeChat-ın ABŞ-da bloklanması qərarını verdi: TikTok-un 45 gün vaxtı var

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.08.2020
    Farid Pardashunas
        ABŞ prezidenti Donald Trump amerikalıların TikTok (ByteDance) servisindən və WeChat (Tencent) messencerindən istifadələrini qadağan edən bir sıra göstərişi imzalayıb. Bu barədə Bloomberg saytı xəbər verib. Qadağalar 45 gündən sonra qüvvəyə minəcəklər. Bu qadağaların qüvvəyə minmələrindən sonra istənilən ABŞ şirkəti TikTok və ya WeChat ilə əməkdaşlığa görə cərimələnəcək. Məlumata əsasən sadalanmış tətbiqlərdə reklamların alınması və onların ABŞ şirkətlərinin online mağazalarında təqdim olunmaları qadağan olacaq.
        TikTok bloklanması öz növbəsində bu servisin sahibi olan ByteDance şirkəti və onun strukturuna daxil olan digər şirkətlər ilə əməkdaşlıqları avtomatik qadağan edir. WeChat-ın qadağan olunmasına gəldikdə isə məsələ yalnız messencerdən istifadənin qadağan olunmasına aiddir. Tencent şirkətinin pay sahibi olduğu oyun şirkətlərinə bu qadağa şamil olunmur. Donald Trump-ın göstərişində qeyd olunub ki, TikTok avtomatik şəkildə böyük həcmli istifadəçi məlumatlarını toplayır.
        “Servisin bu cür həcmdə istifadəçi məlumatlarını yığması öz növbəsində amerikalıların konfidensial məlumatlarını Çinə ötürmək və Çinin potensial şəkildə amerikalı federal işçilərin yerlərini təyin etmək imkanını verir” - deyə Trump qeyd edib. TikTok təmsilçiləri qeyd ediblər ki, amerikalıların konfidensial məlumatları Çində deyil ABŞ-dakı və Sinqapurdakı serverlərdə saxlanılır. Lakin məlumata əsasən şirkət həmin məlumatları öz strukturuna daxil olan digər şirkətlərə də ötürə bilər. TikTok təmsilçiləri bildiriblər ki, onlar ABŞ prezidentinin bu qərarından şoka düşüblər.
        “Bütün il ərzində biz, ortaya çıxmış məlumatları təkzib etmək üçün ABŞ hökuməti ilə əlaqələri nizama salmağa çalışmışıq. Lakin dialoq əvəzinə prezident administrasiyası faktlara fikir vermirdi, öz şərtlərini təqdim edirdi və özəl şirkətlər arasındakı danışıqlara qarışırdı” - deyə TikTok qeyd edib. Şirkət qəbul edilmiş bu qərarı qanunsuz hesab edir və düşünür ki, bu sənəd dünya biznesinin ABŞ-a olan etimadını sarsıda bilər. Qeyd etmək laızmdır ki, bir neçə gün bundan öncə Microsoft şirkəti təsdiqləmişdi ki, o, TikTok-un ABŞ-dakı biznesinin alınması üzrə danışıqlar aparır. Həmin danışıqlar 15 sentyabr tarixinə kimi bitməlidirlər. Beləliklə TikTok-un ABŞ-da bloklanmasının qarşısını almaq üçün Microsoft şirkəti servisin ABŞ-dakı biznesini 15 sentyabr tarixinə kimi almalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər