main-post-cover

    Donald Trump, TikTok-un bloklanmasını noyabr ayına təxirə salıb: Yeni şərtlər nələrdir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.08.2020
    Farid Pardashunas
        Donald Trump-ın yeni göstərişinə əsasən Çinin ByteDance şirkəti (TikTok-un sahibi) 90 gün ərzində ABŞ-dakı biznesindən imtina etməlidir. Bu brədə Vc.ru saytı xəbər verib. Bu müddət ərzində şirkət həmçinin ABŞ-da TikTok servisi vasitəsilə yığılmış istifadəçi məlumatlarının hamısını məhv etməlidir. Daha sonra isə ByteDance yerinə yetirilmiş tələblər barəsində ABŞ-ın xarici investisiyalar üzrə komitəsinin qarşısında hesabat verməlidir.
        ByteDance öz növbəsində qeyd edib ki, 100 milyon amerikalı TikTok servisini sevir və şirkət videoservisi inkişaf etdirməkdə davam edəcək. Qeyd etmək lazımdır ki, Donald Trump, TikTok və WeChat tətbiqlərinin bloklanması barədə göstərişi avqust ayının əvvəlində imzalamışdı. Həmin vaxtda ABŞ prezidenti şirkətlərə 45 gün müddət vermişdi. Lakin yeni göstərişdə TikTok-un bloklanması məsələsi noyabr ayının ortasına kimi uzadılıb.
        TikTok sözügedən bloklanmadan yalnız o halda yan keçə bilər ki, ABŞ şirkətlərindən biri servisi alsın. Artıq məlumdur ki, Microsoft şirkəti TikTok-un bütün qlobal biznesinin alınması üzrə ByteDance ilə danışıqlar aparır. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, TikTok-un ABŞ-dakı biznesi ilə birləşmək üçün Twitter də danışıqlarda iştirak edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər