Digər şirkətlərin şikayətləri nəticəsində NASA ilə SpaceX arasındakı Ay missiyası müqaviləsi dayandırılıb

Digər şirkətlərin şikayətləri nəticəsində NASA ilə SpaceX arasındakı Ay missiyası müqaviləsi dayandırılıb

Startup və Biznes
03.05.2021 PAYLAŞIM

    Bir sıra özəl aerokosmik şirkətin şikayətlərindən sonra NASA agentliyi Ay missiyası üçün nəzərdə tutulmuş eniş modulunun yaradılması üzrə SpaceX ilə olan yeni müqaviləsi üzərindəki işləri dayandırıb. Qeyd etmək lazımdır ki, SpaceX-in əldə edəcəyi gözlənilən müqavilənin 2.9 milyard dollar dəyərində qiymətləndirilirdi. Ay üçün eniş modulunun yaradılması üzrə NASA ilə SpaceX arasındakı müqavilənin dayandırılmasına əsas səbəb isə bu müqavilənin əldə olunması üçün konkursda iştirak etmiş iki özəl aerokosmik şirkətin şikayətləri olub. Söhbət, Blue Origin ilə Dynetics şirkətlərindən gedir. Sözügedən şirkətlər NASA-nın təklifi ilə ABŞ-ın hesablama palatasına (GAO) öz narazılıqlarını bildiriblər.

    İndi isə GAO bu məsələyə məhkəmə səviyyəsində baxacaq. Blue Origin-in fikrincə NASA son anda SpaceX-i seçərək ədalətsiz qərar verib. 16 aprel tarixində NASA agentliyi astronavtların Ay səthinə eniş etmələri üçün nəzərdə tutulmuş eniş modulunun yaradılmasını SpaceX-ə həvalə etdiyini elan etmişdi. İlk əvvəldən agentlik yalnız bir şirkət seçəcəyini və layihəni ona verəcəyini planlaşdırırdı. NASA isə öz seçimini Starship kosmik gəmisinin potensialı hesabına edib. Qeyd etmək lazımdır ki, SpaceX-in Starship kosmik gəmisi insanlar ilə faydalı yükləri Aya və Marsa göndərmək üçün nəzərdə tutulub. Agentlik əsasən bu kosmik gəminin yük daşıma potensialını yüksək qiymətləndirir.


    Bundan əlavə olaraq SpaceX-in əldə edəcəyi gözlənilən müqavilənin dəyərinin 2.9 milyard dollar təşkil etməsi də NASA-ya sərf edirdi. Belə ki, Blue Origin ilə Dynetics şirkətləri daha yüksək qiymət təyin etmişdilər. Müqavilə üzərindəki işlərin dayandırılması o deməkdir ki, SpaceX hal hazırda 2.9 milyard dollar dəyərində maliyyələşdirməni əldə etməyəcək və bununla yanaşı Ay missiyası üçün nəzərdə tutulmuş uçuşları NASA ilə müzakirə edə bilməyəcək. NASA öz növbəsində bildirib ki, müqavilə üzərində işlərin davam etdirilməsi, GAO-nun məhkəmə proseslərini nizamlamasından sonra mümkün olacaq. NASA ilə GAO-nun qərarlarına baxmayaraq SpaceX Starship-in təkmilləşdirilməsi üzərində çalışmağa davam edəcək. Starship SN15 adlı prototipin testlərinin yaxın günlərdə baş tutacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter ciddi endirimlər və əlavə xidmətlər vasitəsilə reklam verənləri geri qay..

Twitter reklam verənlərə əhəmiyyətli stimullar təklif edərək onların sosial şəbəkə daxilində reklam ..


Apple cari il üzrə 16 milyon daha az iPhone 14 istehsal edə bilər

İsveçrənin ən böyük bankı olan UBS-in analitiklərinin vermiş olduqları məlumata əsasən cari il üzrə ..


Geyilə bilən cihazlar bazarında vəziyyəti əks etdirən statistika təqdim edilib..

Canalys şirkətinin tədqiqatçıları 2022-ci ilin üçüncü rübü üzrə geyilə bilən cihazlar bazarının vəzi..


Avropa Birliyi öz regionunda Twitter-i bloklaya və ya cəriməliyə bilər

Elon Musk-ın Twitter ilə bağlı olan problemləri sosial şəbəkənin alındığı gün başladı...


2025-ci ilə qədər hər ikinci avtomobil qismən avtopilot sisteminə sahib olacaq..

Mütəxəssislərin fikirlərinə əsasən bu bazarın inkişaf tempini artıracaq əsas faktorlardan biri də av..


Foxconn zavodundakı etirazlar səbəbilə Apple şirkətinin iPhone gəlirləri 20-30% ..

Foxconn şirkətinin iPhone istehsalı ilə məşğul olan zavodunda işçilərin etirazları səbəbilə Apple şi..

×