main-post-cover

    Çox çalışmaq və ya işdən çıxmaq: Elon Musk Twitter işçilərinə gecə saat 2-yə kimi seçim imkanı verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    16.11.2022
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən Elon Musk Twitter işçilərinə yeni məktub göndərib və həmin məktub ciddilik səviyyəsinə görə birinci göndərilmiş məktubdan heç geri qalmır. Belə ki, öz yeni məktubunda Musk Twitter əməkdaşlarına çox çalışmağı və ya işdən çıxmağı təklif edib. Məlumatda qeyd edilib ki, çox çalışmaq təklifi ilə razılaşan işçi məktubdakı linkə daxil olaraq “Bəli” düyməsinə klikləməlidir.
        Bunu etmək üçün isə Twitter əməkdaşlarına gecə saat 2-yə kimi vaxt verilib. Əks halda işçilər 3 aylıq əmək haqqını əldə edərək işdən çıxarılacaq. Öz məktubunda Musk işçilərə rahat həyat tərzi söz verməyib. Onun sözlərinə əsasən yerdə qalan işçilər uzun saatlar ərzində yüksək intensivliklə çalışacaqlar. “Yalnız müstəsna məhsuldarlıq keçid balı kimi dəyərləndiriləcək” - deyə Musk öz məktubunda qeyd edib. Daily Mail saytının verdiyi məlumata əsasən Slack korporativ messencerində Musk-ı tənqid etmiş 10-a yaxın əməkdaş artıq işdən çıxarılıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər