main-post-cover

    ByteDance şirkəti TikTok-un ABŞ biznesinin satılmasından imtina edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    16.02.2021
    Emil Nəcəfov
        Çinin ByteDance şirkəti TikTok servisinin ABŞ biznesinin satılması planından imtina edib. Qeyd etmək lazımdır ki, şirkət servisin ABŞ biznesinin satılması məsələsində Oracle Walmart şirkətləri ilə danışıqlar aparırdı. ByteDance şirkətinin bu cür qərarının əsas səbəbi isə Donald Trump-ın prezident vəzifəsindən getməsidir. Bu barədə South China Morning Post saytı xəbər verib. “Bu müqavilə Trump administrasiyasının tələblərini qarşılamaq üçün planlaşdırılmışdı. Lakin o, prezident vəzifəsindən getdi və müqavilənin mənası da itdi” - deyə TikTok rəsmisi qeyd edib.
        Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Oracle şirkətinin yaradıcılarından biri Trump tərəfdarı olub və ByteDance güman edirdi ki, onunla əməkdaşlıq Donald Trump-ın yenidən prezident seçiləcəyi halında servisə ciddi kömək ola bilərdi. Bir neçə müddət bundan öncə The Wall Street Journal bildirmişdi ki, TikTok-un ABŞ biznesinin satılması bilinməyən müddətə kimi təxirə salınb. Belə ki, yeni prezident Joe Biden-ın Çin şirkətləri barsində qərarları hələ məlum deyil. Bundan əlavə olaraq məlumat verilmişdi ki, ByteDance ABŞ-da fəaliyyəti davam etdirmək üçün yeni partnyorların axtarışındadır.
        Qeyd etmək lazımdır ki, Trump administrasiyasının fikrincə TikTok servisi ABŞ-ın milli təhlükəsizliyinə zərər yetirə biləcəyini düşünməsi nəticəcsində servisin ABŞ biznesinin yerli şirkətə satılması qərarı qəbul edlmişdi. Keçən ilin sentyabr ayında Trump bildirmişdi ki, TikTok-un amerikalı istifadəçilərinin fərdi məlumatları Çinin dövlət orqanları tərəfindən əldə oluna bilər. TikTok isə bu cür iddiaları təkzib edirdi. Sentyabr ayının ortasında məlum olmuşdu ki, ByteDance ABŞ-ın Oracle və Walmart şirkətləri ilə əməkdaşlıq etmək razılığına gəlib. Bunun üçün ABŞ-da TikTok Global şirkəti yaradılmalı idi və onun səhmlərinin 12.5%-i Oracle şirkətinə, 7.5%-i isə Walmart-a məxsus olmalı idi.
    Linki kopyala