main-post-cover

    ByteDance şirkəti ABŞ hökuməti ilə TikTok-un satılmaması üzrə şərtləri müzakirə edir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.09.2020
    Emil Nəcəfov
        TikTok-un sahibi olan ByteDance şirkəti servisin qlobal biznesinin ABŞ şirkətinə satılmasından yan keçmək şərtlərini ABŞ hökuməti ilə müzakirə edir. Bu barədə The Wall Street Journal xəbər verib. Bu variant əsasən ondan sonra aktual oldu ki, Çin hökuməti TikTok servisinin satılması məsələsini qəlizləşdirdi. Belə ki, TikTok-un qlobal biznesinin satılması üçün Çin hökumətinin icazəsi olmalıdır. Keçən ayın sonunda Çin hökuməti öz texnologiyalarının eksportuna qadağa qoymuşdi.
        Bunun üçün yerli dövlət orqanlarından lisenziya əldə olunması lazımdır. Razılaşmanın konkret şərtləri müzakirə olunur. Çünki vəziyyət hər an dəyişir. Lakin buna baxmayaraq TikTok servisinin ABŞ şirkətinə satılması məsələsi hələ də öz aktuallığını saxlayır. Mənbələrdən birinin verdiyi məlumata əsasən əgər hətta TikTok servisi ABŞ şirkətlərindən birinə satılmasa da servis daxilindəki restrukturizasiya ehtimalı olduğu kimi qalır.
        Danışıqlarda iştirak edən ABŞ hökuməti üçün vacib olan məsələ TikTok-dakı amerikalı istifadəçilərin konfidensial məlumatlarının təhlükəsizliyi və həmin məlumatların Çin hökumətinə ötürülməməsidir. Qeyd etmək lazımdır ki, Çin ilə ABŞ arasındakı münasibətlərin soyuması fonunda TikTok servisinin ABŞ-da bloklanması təhlükəsi var. Hal hazırda TikTok-un əldə olunması üzrə Microsoft, Oracle Twitter şirkətləri ByteDance ilə danışıqlar aparırlar.
    Linki kopyala