Britaniyanın Blockchain adlı startapı, 40 milyon dollar investisiya aldı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
23.06.2017
Farid Pardashunas
Dünyanın ən böyük bitcoin portmanat operatoru olan Blockchain adlı startap, 40 milyon dollar investisiya cəlb etdi.
İnvestisiya yatıranların arasında Lakestar və Google
Ventures kimi vençur fondları var. Bu, Britaniyanın Avropa Birliyindən
çıxmasından sonra Britaniyanın fintech sahəsinə yatırılmış ən böyük
investisiyadır. Lakestar və Google Ventures-dan başqa bu startapa daha əvvəllər
də yatırım etmiş investorlar da yenidən investisiya yatırmasında iştirak ediblər.
Onların arasında Lightspeed Venture Partners fondu və britaniyalı milyarder
Richard Branson var. Qeyd etmək lazımdır ki, 2014-cü ildə keçirilmiş
investisiya raundunda sözügedən startap, 30.5
milyon dollar investisiya əldə etmişdi. Məlumata əsasən əldə edilmiş
investisiyaların sayəsində startap öz biznesini genişləndirəcək və təqdim
etdiyi məhsulları müşahidə etməklə yanaşı onları inkişaf etdirəcək.
Blockchain-in həmtəsisçisi və baş direktoru Peter Smith-in sözlərinə əsasən bu
vəsaitlər, bitcoin və Ether-in qiymət göstəricilərinin qalxmasından öncə əldə
edilmişdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)