main-post-cover

    Blue Origin şirkəti Ay missiyası müqaviləsinin SpaceX-ə verilməsinə görə NASA-nı məhkəməyə verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    17.08.2021
    Farid Pardashunas
        Jeff Bezos-un Blue Origin şirkəti NASA agentliyini məhkəməyə verib. Səbəb isə NASA-nın Ay missiyası üçün nəzərdə tutulmuş Ay modulunun yaradılması üzrə müqavilənin SpaceX şirkətinə verilməsidir. Blue Origin şirkəti sübut etmək istəyir ki, NASA 2.89 milyard dollar dəyərində olan müqaviləni SpaceX-ə qanunsuz şəkildə verib. Blue Origin təmsilçisi bildirib ki, məhkəmə iddiası NASA-ya verilmiş təkliflərin qiymətləndirilməsi prosesində olan çatızmazlıqların aradan qaldırılması cəhdidir. NASA bildirib ki, məhkəmə iddiasının təfərrüatlarını incələməklə məşğuldur.
        Blue Origin-in xahişi ilə məhkəmə iddiası hələ bağlı şəkildə saxlanılır. Belə ki, şirkət qorxur ki, əks halda konfidensial maliyyə məlumatları üzə çıxa bilərlər. Qeyd etmək lazımdır ki, Blue Origin artıq bir neçə aydır ki, Ay missiyası üçün təşkil edilmiş NASA tenderinin nəticələrinə etiraz edir. Tenderdə iştirak ərizəsini Blue Origin, SpaceX və Dynetics şirkətləri vermişdilər. Tender nəticəsi kimi SpaceX qalib gəlmişdi və NASA aprel ayında onunla 2.89 milyard dollar dəyərində müqavilə bağlamışdı.
        Müqavilənin şərtləri arasında Aya iki eniş missiyası daxildir. Onlardan biri astronavtlarsız, digəri isə astronavtların iştirakı ilə reallaşdırılmalıdır. Tender qalibinin müəyyən olmasından sonra Blue Origin və Dynetics şirkətləri NASA-nın qərarına etiraz etdilər. Blue Origin hesab edir ki, NASA SpaceX-ə iştirak ərizəsinə yenidən baxılması imkanını verib. Blue Origin isə belə bir imkandan məhrum olub. Bundan əlavə olaraq Jeff Bezos-un şirkəti düşünür ki, Ay missiyasında iştirak vasitəsilə SpaceX şirkəti kosmik sahədəki monopoliyasını gücləndirəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər