main-post-cover

    Binance kriptovalyuta birjası kriptovalyuta bazarının bərpası üçün 1 milyard dollar vəsait ayırıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    28.11.2022
    Emil Nəcəfov
        Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance öz bloqunda qeyd edib ki, o, kriptovalyuta sahəsinin bərpası fonduna 1 milyard dollar vəsait yatırıb. Həmin vəsait bir neçə müddət bundan öncə FTX birjasının iflas etməsi səbəbilə müxtəlif çətinliklərlə qarşılaşımış bazar təmsilçilərinin dəstəklənməsi üçün sərf ediləcək. Bundan əlavə olaraq Binance qeyd edib ki, lazım olduğu halda sözügedən vəsait 2 milyard dollara kimi yüksələ bilər. Bu təşəbbüsə kriptovalyuta sahəsində fəaliyyət göstərən bəzi investisiya şirkətləri də qoşulublar.
        Onların arasında Jump Crypto, Polygon Ventures Animoca Brands imi şirkətlər var. Bu şirkətlər kriptovalyuta sahəsinin bərpası fonduna ümumilikdə 50 milyon dollar vəsait yatırıblar. Binance birjasının CEO-su olan Changpeng Zhao 1 milyard dollarlıq balansa sahib elektron portmanatın hamı üçün açıq olan ünvanını istifadəçilər ilə bölüşüb. “Biz bunu şəffaf şəkildə edirik” - deyə Changpeng Zhao qeyd edib. Changpeng Zhao bildirib ki, sözügedən proqram 6 ay ərzində davam edəcək və müxtəlif investorlardan fonda əlavə vəsait yatırımı xoş qarşılanacaq. Binance həmçinin qeyd edib ki, sözügedən fondun dəstəklənməsi üçün artıq 150 şirkət sorğu göndərib.
    Linki kopyala