main-post-cover

    Avropa Birliyinin süni zəka ilə bağlı qanun layihəsi səbəbilə OpenAI Avropa bazarından gedə bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.05.2023
    Farid Pardashunas
        OpenAI şirkətinin CEO-su olan Sam Altman xəbərdarlıq edib ki, Avropa Birliyi regionunda süni zəka sahəsinin dövlət səviyyəsində tənzimlənməsi tədbirlərinin hazırlanmasına cavab olaraq şirkət Avropa bazarındakı fəaliyyətini dayandıra bilər. Jurnalistlərə müsahibə verən zaman Altman bildirib ki, o, Avropa Birliyində süni zəka sahəsi ilə bağlı hazırlanan qanunlardan narahatlıq keçirir. Bir neçə müddət bundan öncə məlum oldu ki, Avropa Birliyi tərəfindən süni zəka sahəsi üçün hazırlanan qanun layihəsi genişləndirilib və o hətta əsas süni zəka modellərinin tərtibatçılarını da əhatə edir.
        “Əsas olan detallardır. Biz, təyin edilmiş tələbləri yerinə yetirməyə çalışacağıq. Lakin bunu bacarmasaq, işi dayandırmalı olacağıq” - deyə Altman qeyd edib. Altman-da narahatlıq yaradan əsas faktorlardan biri də ChatGPT kimi sistemlərin yüksək risk səviyyəsinə sahib sistemlərə şamil olunmasıdır. Bu halda OpenAI təhlükəsizlik və şəffaflıq məsələsində müvafiq tələbləri yerinə yetirməli olacaq. Belə ki, şirkət süni zəka modelləri üçün lazım olan hesablama gücləri və onların təlimatlandırılmasında istifadə edilən materiallar barəsində məlumatları təqdim etməli olacaq. Daha öncə şirkət bu cür məlumatları təqdim edirdi. Lakin daha sonra bu ideyadan imtina etdi. Belə ki, onun texnologiyalarının kommersiya dəyərləri çox yüksəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər