main-post-cover

    Apple şirkəti virtual reallıqda tədbirlərin canlı yayımını edən NextVR adlı startapı aldı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.05.2020
    Emil Nəcəfov
        Apple şirkəti Kaliforniyanın NextVR adlı startapını aldı. Bu startap idman və əyləncə tədbirlərinin virtual reallıqda canlı yayımı ilə məşğul olur. Bu barədə Bloomberg saytı xəbər verib. NextVR startapının Apple tərəfindən alınması barəsində ilk xəbərlər hələ keçən ay ortaya çıxmışdı. Lakin şirkət ilə startap arasındakı müqavilə indi bağlanıb.
        İnsayderlərin məlumatlarına əsasən Apple sözügedən startapı almaq üçün 100 milyon dollar vəsait sərf edib. NextVR-ın saytında qeyd olunub ki, şirkət hal hazırda yeni istiqamət üzrə hərəkət edir. Bloomberg saytına bu məsələ ilə bağlı Apple təmsilçiləri standart şərh bildiriblər: “Apple çox zaman böyük olmayan texnoloji şirkətləri əldə edir və biz öz məqsədlərimiz ilə planlarımız barəsində məlumat vermirik”. Çox güman ki, Apple şirkəti NextVR startapının patentlərindən öz VR cihazında istifadə edəcək.
    Linki kopyala