main-post-cover

    Apple şirkəti kriptovalyuta üzrə mütəxəssis axtarışındadır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    27.05.2021
    Farid Pardashunas
        Apple şirkətinin maliyyə şöbəsi rəqəmsal aktivlər üzrə mütəxəssisin axtarışını elan edib. Şirkət tərəfindən yaradılmış yeni vakant yerdə çalışacaq şəxsin öhdəliyinə yeni ödəniş həllərinin yaradılması daxil olacaq. Analitiklərin fikirlərinə əsasən bu, Apple şirkətinin öz servislərinə alternativ ödəniş sistemlərinin inteqrasiyası planından xəbər verir. Məlumata əsasən yeni vəzifəyə təyin olunacaq şəxs şirkət daxilindəki yüksək vəzifəli təmsilçilər ilə çalışacaq və bazar imkanları, biznes strategiya üzrə məsləhətlərini verəcək. İşə başlayacaq mütəxəssisə olan tələblər arasında rəqəmsal portmanatlar, sürətli ödəniş sistemləri və kriptovalyutalar kimi sahələrdə minimum 5 il çalışma təcrübəsi var.
        “Apple Wallets, Payments Commerce komandası alternativ ödənişlər üzrə partnyorluğa rəhbərlik edəcək biznesin inkişaf etdirilməsi üçün təcrübəli mütəxəssis axtarışındadır. Biz, qlobal səviyyədə alternativ və yeni ödəniş sahələrində sınanmış professionalları axtarırıq” - deyə şirkətin yeni vakansiyasında qeyd olunub. Apple öz ekosisteminə kriptovalyuta ödənişlərinin inteqrasiyası planı barəsində hələ heç bir rəsmi açıqlama verməyib. Qeyd etmək lazımdır ki, hələ 2019-cu ildə Apple Pay-in vitse-prezidenti bildirmişdi ki, Apple kriptovalyuta bazarını izləyir və düşünür ki, bu sahə uzunmüddətli maraqlı potensiala sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər