Apple şirkəti Elon Musk-ı Twitter tətbiqini App Store-dan silməklə hədələyib
Tech-Biznes
Startup və Biznes
e-ticaret
29.11.2022
Farid Pardashunas
Elon Musk-ın sözlərinə əsasən Apple şirkəti onu heç bir səbəb təqdim etmədən Twitter-in tətbiqini App Store-dan silməklə hədələyir. Qeyd etmək lazımdır ki, Musk öz Twitter hesabında bildirib ki, Apple sosial şəbəkə daxilində reklamların yerləşdirilməsini dayandırıb. Məlumata əsasən Apple şirkətinin Twitter tətbiqini App Store-dan silmək xəbərdarlığını Musk-ın məhz bu açıqlamasından sonra edib. “Apple Twitter-də reklam yerləşdirməni dayandırıb. Onlar ABŞ-da söz azadlığına nifrət edirlər?” - deyə Musk qeyd edib. Bir neçə gün bundan öncə məlum oldu ki, Apple və Google şirkətlərinin sosial şəbəkənin tətbiqini App Store və Google Play platformalarından siləcəkləri halda Musk məcbur şəkildə alternativ smartfonu satışa çıxartmalı olacaq. Son zamanlarda Musk ilə Apple arasında münasibətlərin soyuduğu məlumdur. Belə ki, Musk dəfələrlə şirkətin App Store platformasında olan 30%-lik komissiyanı tənqid edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək