Apple şirkəti AR eynəklər üçün linza hazırlayan startapı aldı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
30.08.2018
Farid Pardashunas
Apple şirkəti AR eynəklər üçün
linza istehsalı ilə məşğul olan Akonia Holographics adlı startapı aldı. Bu isə
öz növbəsində Apple şirkətinin özünün artırılmış reallıq texnologiyasına sahib
cihazının yaradılmasında maraqlı olduğunu sübut edir. Apple şirkəti ənənəyə
sadiq qalaraq bu xəbər barəsində heç bir əlavə məlumat verməyib. “Apple şirkəti
tez-tez kiçik şirkətləri alır və biz öz planlarımız ilə məqsədlərimiz barədə məlumatları bildirmirik” – deyə şirkət qeyd edib.
Qeyd etmək lazımdır ki, Akonia
Holographics şirkəti ABŞ-ın Kolorado ştatında yerləşir. Startap 2012-ci ildə təsis
edilib və AR eynəklər üçün ekranların yaradılmasından əvvəl holoqrafik məlumatların saxlanması üzərində çalışırdı. İndi isə bu startap
nazik, şəffaf və “ağıllı” linzaların hazırlanması ilə məşğul olur. Bu startap
holoqrafik sistem və materiallar ilə bağlı 200-dən çox patentə sahibdir. Texnoloji
sahənin təmsilçilərindən birinin verdiyi məlumata əsasən startap son 6 ay ərzində
özünü çox sakit aparıb. Bu isə o deməkdir ki, startap ilə Apple şirkəti
arasında müqavilə çox güman ki, bu ilin ilk yarısında bağlanıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)