main-post-cover

    Apple şirkəti ABŞ hərbi qüvvələri üçün AR cihaz hazırlayan Mira adlı startapı alıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.06.2023
    Emil Nəcəfov
        Apple şirkəti digər şirkətlər və ABŞ-ın hərbi qüvvələri üçün AR cihazların hazırlanması ilə məşğul olan Mira adlı startapı alıb. Bu xəbər Apple şirkətinin öz ilk qarışıq reallıq (AR + VR) cihazı olan Vision Pro-nu təqdim etməsindən bir gün sonra ortaya çıxıb. Apple şirkətinin Mira adlı startapı hansı qiymətə aldığı bilinmir. Lakin qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə sözügedən startap 17 milyon dollar investisiya əldə etmişdi.
        Bununla yanaşı məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri olan Jony Ive bir neçə müddət bundan öncə Mira ilə əməkdaşlıq da edib. Apple şirkəti Mira-nın əldə edilməsi ilə bağlı hər hansısa bir rəsmi rəy bildirməyib. “Apple vaxtaşırı böyük olmayan texnoloji şirkətlərini alır və biz öz məqsədlərimiz ilə planlarımızı adətən müzakirə etmirik” - deyə Apple qeyd edib. Bundan əlavə olaraq Mira-nın Apple strukturuna daxil olmasından sonra onun ABŞ hərbi qüvvələri ilə əməkdaşlığı davam etdirib-etdirməyəcəyi də bilinmir.
    Linki kopyala