"Apple" şirkəti 200 milyon dollara daha bir startapı aldı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
19.05.2017
Farid Pardashunas
“Apple” şirkəti 200 milyon dollara Lattice Data adlı süni zəka startapını aldı.
Müqavilənin maliyyə tərəfi haqqında heç bir məlumat olmasa
da güvənli mənbənin sözlərinə əsasən “Apple” sözühedən startapı əldə etmək üçün
200 milyon dollar vəsait xərcləyib. Müqavilə bir neçə həftə bundan öncə
bağlanıb. Bundan əlavə olaraq məlumata əsasən startapda çalışmış 20-ə yaxın
developer artıq “Apple” şirkətində işə başlayıb. Sözügedən məsələ ilə bağlı
şirkətdən rəsmi məlumatın verilməsinə dair xahişlərə “Apple” özünə xas bir tərzdə
cavab verib. “Şirkət vaxt aşırı böyük olmayan texnoloji startapları alır və bir
qayda olaraq öz məqsəd və planlarını müzakirə etmir” – deyə şirkət rəsmiləri
qeyd ediblər. Bir sıra məlumatlara əsasən şirkət tərəfindən bu startapın
alınmasında məqsəd, gələcəkdə sözügedən startapın hazırladığı texnologiya vasitəsilə
Siri səsli köməkçisinin təkmilləşdirilməsidir. Lattice Data startapı 2015-ci
ildə Stenford Universitetinin 4 nəfər tədqiqatçısı tərəfindən təsis edilib. Bir
neçə müddət öncə isə startap, “GV”, “Madrona” və “InQTel” şirkətlərindən
ümumilikdə 20 milyon dollar investisiya cəlb etmişdi. Startap əsasən dark data
analizi sahəsində texnologiyaların hazırlanması ilə məşğul olur. Bunun üçün
startap süni zəkadan istifadə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)