Apple cihazlarında Apple Pay-in alternativi olmadığına görə Apple şirkəti məhkəməyə verilib

Apple cihazlarında Apple Pay-in alternativi olmadığına görə Apple şirkəti məhkəməyə verilib

Startup və Biznes
19.07.2022 PAYLAŞIM

    Kanadanın Affinity Credit Union adlı maliyyə assosiasiyası Apple şirkətinə qarşı antimonopoliya məhkəmə iddiası qaldırıb. Belə ki, Apple Pay sisteminin iPhone, iPadApple Watch modellərində yeganə ödəniş sistemi olması səbəbilə şirkət antimonopoliya qanunvericiliyinin pozulmasında günahlandırılır. Maliyyə assosiasiyasının fikrincə Apple məhsullarında yalnız Apple Pay sistemindən istifadə öz növbəsində rəqabət aparmağa çalışan digər ödəniş sistemlərinə zərər verir. iPhone və Apple şirkətinin digər mobil cihazlarının istifadəçiləri mağazalarda hər hansısa məhsulun alınması zamanı kontaktsız ödənişlər üçün Apple Pay-dən istifadə edirlər.

    Bununla belə PayPal Square kimi digər ödəniş servisləri və bank tətbiqləri Apple cihazlarında alternativ ödəniş sistemi qismində istifadə edilə bilməzlər. Bu sahədə rəqabəti aradan qaldırmaqla Apple şirkəti kredit kart emitentlərindən (öz fəaliyyətinin maliyyələşdirilməsi və inkişafı üçün dəyərli kağızları dövriyyəyə buraxan təşkilat) komissiya əldə edir. Digər ödəniş servisləri isə bunu edə bilmirlər. Maliyyə assosiasiyasının fikrincə Apple şirkətinin bu cür praktikası antimonopoliya qanunvericiliyini pozur və şirkətə daha yüksək gəlirlərin əldə edilməsi imkanını verir. Qeyd etmək lazımdır ki, Apple banklardan kredit kartları üzrə əməliyyatlardan 0.15%, debet kartları üzrə əməliyyatlardan isə 0.05% komissiya əldə edir.


    Bununla belə Android üçün olan Samsung Pay Google Pay kimi ödəniş sistemləri kredit kart emitentlərindən komissiya əldə etmirlər. Maliyyə assosiasiyası qeyd edib ki, 2019-cu ildə Apple şirkəti Apple Pay sisteminin əldə etdiyi komissiyalar hesabına 1 milyard dollar mənfəət qazanıb. Hesablamalara əsasən 2023-cü ilə kimi kredit kart emitentlərindən əldə edilən komissiyalar hesabına qazanılan gəlir 4 dəfə artacaq. Məhkəmə iddiasını qaldırmış tərəf əmindir ki, əgər Apple şirkəti digər təmsilçi tərəfindən ciddi rəqabət ilə qarşılaşsaydı, o bu cür böyük gəlirlər əldə edə bilməyəcəkdi. Apple şirkətinin təmsilçiləri isə bu məsələyə hələ heç bir fikir bildirməyiblər.



DAHA ÇOX


OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı i..


Amazon şirkəti OpenAI rəqibinə 4 milyard dollar investisiya yatırmağı hədəfləyib..

Amazon şirkəti Anthropic adlı süni zəka startapına 4 milyard dollar investisiya yatırmaq niyyətini e..


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..

×