main-post-cover

    Apple bu ilin birinci rübündə iPhone satışlarından rekord mənfəət qazanıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.05.2023
    Emil Nəcəfov
        Apple şirkəti bu ilin birinci rübü üzrə maliyyə hesabatını təqdim edib. Məlumata əsasən smartfonların satışları şirkətə rekord göstəricidə gəlir gətirib. Lakin Mac kompüterlərinin satışları kəskin şəkildə aşağı düşüb. 2022-ci ilin birinci rübü ilə müqayisədə şirkət bu ilin birinci rübü ərzində əldə etmiş olduğu mənfəət göstəricisi 3% daha aşağı olaraq 94.8 milyard dollar təşkil edib. Bununla belə şirkətin smartfonlar ilə bağlı şöbəsi 51.33 milyard dollar qazanc gətirib. Beləliklə şirkətin iPhone-lar sahəsi 2%-lik yüksəliş sərgiləyib. Smartfonlar Apple şirkətinin əldə etmiş olduğu mənfəətin 54%-ni təşkil ediblər.
        Lakin təmiz gəlir 25 milyard dollardan 24.16 milyard dollara, əməliyyat mənfəəti isə 29.9 milyard dollardan 28.3 milyard dollara düşüb. Mac kompüterlərinin satışlarına gəldikdə isə onlar 31% aşağı düşüblər. Apple şirkətinin bu ilin birinci rübü ərzində Mac kompüterləri satışlarından əldə etmiş olduğu ümumi mənfəət 7.17 milyard dollar təşkil edib. Şirkətin iPad planşetlərinin satışları aşağı düşsə də, Mac kompüterlərində olduğu kimi kəskin olmayıb. Belə ki, planşetlərin satışları 13% aşağı düşüb və şirkətə ümumilikdə 6.67 milyard dollar mənfəət qazandırıb.
    Linki kopyala