main-post-cover

    Amazon şirkəti 10 000 nəfər işçisini işdən azad edəcək

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    16.11.2022
    Farid Pardashunas
        The New York Times-ın verdiyi məlumata əsasən Amazon şirkəti bu həftədən başlayaraq öz işçilərinin ixtisarına başlayacaq. Məlumata əsasən bu, şirkətin tarixi ərzində ən böyük işçi ixtisarı olacaq. Belə ki, Amazon 10 000 nəfər işçini işdən çıxartmağı planlaşdırır. İşçilərin ixtisarı prosesi əsasən Amazon cihazlarının hazırlanması, pərakəndə satış şöbələrini və işçilərin idarəsi xidmətini əhatə edəcək. Şirkətin pərakəndə satış şöbəsinin 1000 nəfər işçini işdən azad etmək planını həmçinin The Wall Street Journal da təsdiqləyib. Məlumatda qeyd edilib ki, işçilərin işdən azad edilməsi prosesi mərhələli şəkildə reallaşdırılacaq.
        Amazon-un öz məlumatlarına əsasən 2019-cu ilin sonuna olan statistika üzrə onda 798 000 nəfər işçi çalışıb. Keçən ilin 31 dekabr tarixindəki statistika üzrə isə şirkətdə ümumilikdə 1.6 milyon insan çalışıb. Şirkətin qarşıdan gələn bayram günləri ərəfəsində işçilərini ixtisar etməsi, pis vəziyyətə düşən dünya iqtisadiyyatının Amazon-a necə təsir göstərdiyindən xəbər verir. Dünyada mövcud olan qəliz iqtisadi vəziyyət texnoloji şirkətləri öz işçilərini işdən azad etməyə məcbur edir. Bu üsul ilə şirkətlər öz xərclərini aşağı salmağa çalışırlar. Qeyd etmək lazımdır ki, hələ keçən həftə Meta şirkəti 11 000 nəfər işçisini işdən azad edəcəyini elan etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər