'Alibaba Group' tibbi startapa 40 milyon dollar investisiya yatırdı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
18.10.2017
Farid Pardashunas
Çinin texnoloji nəhənglərindən olan “Alibaba”, Asiyanın insan genomu ilə məşğul olan aparıcı startaplarından birinə investisiya yatırıb.
Techniasia saytının verdiyi məlumata
əsasən Prenetics adlı startapın növbəti investisiya raundunda “Alibaba” şirkəti
40 milyon dollar investisiya yatırıb. Prenetics adlı startap, insanın bəzi xəstəliklərini
aşkar edən DNT testlərin hazırlanması ilə məşğuldur. Bununla paralel olaraq
startap asiyalı şəxslərin DNT nümunələrini yığaraq onları incələyir. 2014-cü
ildən bəri bu startap 200.000 DNT nümunəsi yığıb. Prenetics bildirib ki,
startapın yarandığı gündən layihə tamamilə dəyişib.
Əgər əvvəllər bu startap
yalnız testlər təqdim edirdisə, indi bu tamamilə funksional rəqəmsal səhiyyə
platformasıdır. Şirkətin bütün servisləri vahid bir mobil tətbiqdə birləşdirilib.
Həmin tətbiq sayəsində istifadəçi özünün qida vərdişlərini izləyə və onların
orqanizmə necə təsir etdiklərini görə bilər. Tətbiqdə isə həmçinin bütün
genetik tədqiqatların nəticələri də daxildir. Məsələn, xərçəng və digər genetik
xəstəliklərə meylliliyin səbəbləri kimi. Nəticədə belə alındı ki, ilk öncə
insanların yalnız test verərək bir dəfə istifadə etdikləri tətbiq, sağlamlığın
monitorinqi və məsləhətlərin verilməsi platformasına çevrildi.
Testlərin əsasında
tətbiq istifadəçiyə hansı qida məhsullarından istifadə etmək lazım olduğunu məsləhət
görür. Nəticədə şirkət ilə müştəri arasında uzunmüddətli əməkdaşlıq yaranır.
İnvestorların diqqətini çəkən də məhz bu özəllik olub. Startapın təsisçisi
bildirib ki, o, ən ciddi xətəliklər halında belə, düzgün yanaşma sayəsində həyat
keyfiyyətinin yaxşılaşdırılması anlayışını insanlara çatdırmaq istəyir. Şirkət
bütün Asiya bazarında böyüməyi planlaşdırır. Beləliklə nəticədə o, Çin bazarına
daxil ola biləcək. Asiya bazarından kənara çıxmaq haqqında şirkət hələki
düşünmür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)