ABŞ senatorları Joe Biden-i Çinin Honor şirkətini qara siyahıya əlavə etməyə çağırırlar
Tech-Biznes
Startup və Biznes
e-ticaret
18.10.2021
Farid Pardashunas
ABŞ-ın Respublikaçılar Partiyasından olan senatorlar Joe Biden-i Çinin Honor şirkətini qara siyahıya əlavə etməyə çağırırlar. Qeyd etmək lazımdır ki, keçən il Huawei şirkəti Honor-u öz tərkibindən çıxartmış və satmışdı. Nəticədə Honor müstəqil şirkətə çevrilmiş və bu vasitə ilə ABŞ sanksiyalarından yan keçə bilmişdi. İndi isə ABŞ-ın Respublikaçılar Partiyasından olan senatorlar ABŞ prezidentinin administrasiyasına bu məsələ ilə bağlı məktub göndəriblər və həmin məktubda onlar Honor şirkətini Çin hökumətinin aləti adlandırıblar.
Senatorlar Huawei şirkətinə qadağan edilmiş ABŞ texnologiyalarından Honor şirkətinin hələ də istifadə etməsi məsələsindən narazıdırlar. Senatorların sözlərinə əsasən 2020-ci ilin noyabr ayında Honor brendinin Huawei tərəfindən satılması sayəsində Pekin faktiki olaraq ABŞ eksportunun idarəetməsindən yan keçə bilib. Bundan əlavə olaraq onlar qeyd ediblər ki, ABŞ-ın Ticarət Nazirliyi bu məsələdə hərəkətsizliyi ilə düşmənlərə başa düşməyə məcbur edir ki, onlar öz qanun pozuntularına görə cəzasız qala bilərlər. Çinin ABŞ-dakı səfirliyi və Honor şirkəti bu məsələ ilə bağlı bir fikir bildirməyiblər. Huawei də bu məsələdən uzaq qalıb. O sadəcə olaraq qeyd edib ki, artıq Honor brendinin səhmlərinə sahib deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək