main-post-cover

    ABŞ-ın Ədliyyə Nazirliyi Facebook şirkətinə qarşı məhkəmə iddiası qaldırıb: Səbəb nədir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.12.2020
    Emil Nəcəfov
        ABŞ-ın Ədliyyə Nazirliyi Facebook şirkətinə qarşı məhkəmə iddiası qaldırdığını bildirib. Məhkəmə iddiasında qeyd olunub ki, şirkət 2.6 min vakansiyaya ABŞ-dan ixtisaslı işçiləri qəbul etməkdən imtina edib. Bu barədə Rusbase saytı xəbə verib. ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, Facebook sözügedən vakansiyaları müddətli viza sahibləri üçün rezerv edib və miqrantlara green card almaqda yardımçı olub. ABŞ qanunvericiliyi müddətli vizalara sahib şəxslərin işə götürülməsinə icazə verir.
        Lakin bu halda şirkət bu və ya digər vakansiyaya ixtisaslı amerikalı işçini tapmadığını sübut etməlidir. Bundan əlavə olaraq məhkəmə iddiasında qeyd edilib ki, Facebook 2018-2019-cu illərdə amerikalı vətəndaşlar üçün vakant iş yerlərini lazımi səviyyədə reklam etməyib. Bu istintaq ilə 2 il müddətində Ədliyyə Nazirliyinin vətəndaş hüquqları şöbəsi məşğul olub. Ədliyyə Nazirliyi tərəfindən olan şikayət 17 səhifəni əhatə edir. Facebook isə öz növbəsində bildirib ki, o bu məsələdə nazirlik ilə əməkdaşlıq edir.
    Linki kopyala