main-post-cover

    ABŞ hökuməti Xiaomi şirkətini qara siyahıya salıb: Səbəb nədir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.01.2021
    Farid Pardashunas
        Huawei-dən sonra ABŞ hökuməti öz qara siyahısına bir sıra digər Çin şirkətlərini də əlavə edib. Bu dəfə ABŞ-ın qara siyahısına daxil edilmiş şirkətlər arasında Xiaomi də var. Beləliklə amerikalı investorlara Xiaomi ilə istənilən müqavilənin bağlanması qadağan edilir. Bu barədə Reuters saytı xəbər verib. Məlumata əsasən amerikalı investorlar qara siyahıya salınmış yeni şirkətlərdəki aktivlərini bu ilin 11 noyabr tarixinə kimi çıxartmalıdırlar. Hələ bir neçə müddət bundan öncə Donald Trump yeni sərəncam imzalamışdı.
        Həmin sərəncama əsasən 11 yanvar tarixindən başlayaraq amerikalılara çinli hərbçilərlə istənilən növ əlaqəsi olan şirkətlərin səhmlərini almaq qadağan edilir. Öz sərəncamında o bildirmişdi ki, bu cür şirkətlər Çinin hərbi komplekslərini maliyyələşdirirlər. Qeyd etmək lazımdır ki, Donald Trump tərəfindən imzalanmış sərəncamın daxil olduğu qanun ABŞ-da hələ 1999-cu ildə qəbul edilmişdi. Hal hazırda həmin qanun çərçivəsində sanksiyalar altında 35 şirkət var. Beləliklə Xiaomi də həmin şirkətlərin siyahısına daxil olub. ABŞ tərəfindən verilmiş bu qərara Xiaomi hələ heç bir fikir bildirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər