main-post-cover

    ABŞ hökuməti Huawei şirkətinə qarşı sanksiyaları sərtləşdirib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    18.01.2021
    Farid Pardashunas
        Keçən ilin sentyabr ayında ABŞ hökuməti IntelHuawei ilə əməkdaşlıq icazəsini vermişdi. Lakin yeni məlumata əsasən ABŞ hökuməti Intel-dən və bir sıra digər şirkətlərdən bu icazə lisenziyasını geri götürüb. Bu barədə Reuters saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Huawei hal hazırda ABŞ-ın Ticarət Nazirliyinin qara siyahısındadır və ABŞ şirkətləri onunla əməkdaşlıq üçün dövlətdən xüsusi icazə almalıdırlar. Verilmiş məlumata əsasən mövcud olan ABŞ administrasiyası Huawei şirkəti üçün komponentlərin istehsalı ilə məşğul olan şirkətlərə bəzi icazə lisenziyalarının geri götürülməsi xəbərini verib.
        Hələ bir neçə müddət bundan öncə Ticarət Nazirliyi eksport üçün olan sorğuların böyük hissəsini ləğv etməyi və minimum bir yerli şirkətdən icazə lisenziyasının geri götürülməsini planlaşdırdığını bildirmişdi. Məlumatda qeyd edilib ki, icazə lisenziyası geri çəkilmiş şirkətlər arasında Intel-dən başqa Kioxia Corp da var. Adları sadalanmış şirkətlər və Huawei bu məsələ ilə bağlı fikir bildirməyiblər. Məlum olan odur ki, bildirişi əldə etmiş şirkətlər 20 gün ərzində ona reaksiya bildirməlidirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər