main-post-cover

    ABŞ-dan yeni qərar: 20 sentyabrdan amerikalılar TikTok və WeChat-dan istifadə edə bilməyəcəklər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    18.09.2020
    Farid Pardashunas
        ABŞ-ın ticarət nazirliyi amerikalıların TikTok WeChat servislərini yükləmələrinə qadağa qoymağa hazırlaşır. Sözügedən qadağa 20 sentyabr tarixindən qüvvəyə minəcək. Nazirlik bu barədə sənədi bugün təqdim etməyi planlaşdırır. Bu barədə Reuters saytı xəbər verib. TikTok servisinin yüklənməsinin qadağan olunması qərarını ABŞ prezidenti Donald Trump ləğv edə bilər. Belə ki, servisin sahibi olan ByteDance şirkəti öz ABŞ biznesinin yerli şirkətə satılması üzrə danışıqlar aparır.
        ByteDance şirkəti TikTok Global adlı yeni şirkətin yaradılması üzrə hələ də Oracle ilə danışıqlar aparır. Belə ki, ByteDance amerikalı TikTok istifadəçlərinin konfidensail məlumatlarının təhlükəsiz şəraitdə saxlandıqlarını ABŞ hökumətinə sübut etmək istəyir. ABŞ-ın ticarət nazirliyi tərəfindən təyin edilmiş yeni qadağa TikTok ilə WeChat servislərinin Google Play, App Store və ABŞ regionunda fəaliyyət göstərən hansısa digər platformadan silinmələri deməkdir. Bu qadağa WeChat-dan xaricdə istifadə edən yerli şirkətlərin bizneslərini əhatə etməyəcək.
        Məsələn, Walmart Starbucks kimi şirkətlər Çindən olan istehlakçılar ilə çalışmada WeChat daxilindəki tətbiqlərdən istifadə edə biləcəklər. Bununla yanaşı Apple, Google və digər platformalar ABŞ-dan kənarda öz müştərilərinə TikTok və WeChat servislərini təklif edə biləcəklər. Ticarət nazirliyi sadalanmış servislərdən istifadəyə görə amerikalı şəxsləri cəzalandırmayacaq. Bu qadağa həmçinin həmin servislərin amerikalıların konfidensial məlumatlarını ABŞ-da saxlamalarına da aid deyil. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər