main-post-cover

    ABŞ-da Huawei və ZTE şirkətlərinin təchizatlarının satışı tamamilə qadağan edilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    28.11.2022
    Farid Pardashunas
        Bloomberg-in verdiyi məlumata əsasən ABŞ-ın Federal Rabitə Komissiyası Huawei, ZTE, Hikvision, Dahua Hytera şirkətlərinin elektron təchizatlarının ABŞ regionunda satılmasını qadağan edib. Bu qərar hələ 2018-ci ildə Donald Trump hakimiyyəti vaxtından qəbul edilmiş qadağalar zəncirinin son addımı oldu. Sözügedən Çin şirkətlərinin təchizatlarının importu və satışının qadağan edilməsinin əsas səbəbi milli təhlükəsizlik ilə bağlıdır. Verilmiş məlumata əsasən Huawei və ZTE şirkətlərinin etibar edilməyən telekommunikasiya təchizatlarının ABŞ sərhədlərində istifadəsinə qadağa qoyulur.
        ABŞ Federal Rabitə Komissiyası öz qərarını ABŞ vətəndaşlarının və milli təhlükəsizliyinin qorunmasına hədəflənmiş tədbirlərin vacib hissəsi hesab edir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə ABŞ-ın dövlət departamentlərinə adları sadalanmış bu şirkətlərdən təchizatların alınması qadağan edilmişdi və onların alınması üçün dövlət subsidiyalarının təqdim edilməsi dayandırılmışdı. Hikvision və Dahua şirkətlərinin videomüşahidə kameraları ilə digər komponentləri daha öncə ABŞ-ın müxtəlif dövlət departamentləri tərəfindən istifadə edilirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər