main-post-cover

    YouTube uşaqlar üçün olan bütün kontenti ayrıca tətbiqə keçirdə bilər

    20.06.2019
    Farid Pardashunas
        Uşaqlar üçün nəzərdə tutulmuş videolar YouTube servisində ən məşhur video kateqoriyalarından biridir və həmin videolar reklam baxımından milyonlarla dollar gəlir gətirir. YouTube isə öz növbəsində uşaqlar üçün nəzərdə tutulmamış kontentlərdən uşaqları qorumaq üçün onlara aid edilən bütün videoları YouTube Kids adlı ayrıca tətbiqə keçirtmək imkanını nəzərdən keçirdir. Bu barədə The Wall Street Journal saytına istinadən Vc.ru saytı xəbər verib.
        Bununla yanaşı həmçinin bir sıra YouTube əməkdaşı da videoservisdə ayarlar vasitəsilə uşaqlar üçün kontent məsləhətinin deaktiv edilməsini istəyir. Qeyd etmək lazımdır ki, bu funksiya baxılmış hər hansı bir videodan sonra avtomatik olaraq digər videonu işə salır. The Wall Street Journal saytının mənbələrinin verdikləri məlumata əsasən bu cür qayda dəyişikliyinin səbəbi 2018-ci ildə bir sıra istifadəçilərin şikayətlərindən sonra ABŞ-ın federal ticarət komissiyasının Google şirkətinə qarşı başlatmış olduğu istintaq ola bilər.
        Belə ki, həmin vaxtda bəzi istifadəçilər şikayət edirdilər ki, Google şirkəti YouTube servisi vasitəsilə valideynlərin razılığı olmadan yetkin yaşına çatmamış uşaqlar barəsində məlumatlar yığır. İstifadəçilər həmçinin bildirirdilər ki, videoservis yetkinlik yaşına çatmamış uşağın səhvən görə biləcəyi düzgün olmayan kontentlərlə zəngindir. Qeyd etmək lazımdır ki, şirkət YouTube Kids-i hələ 2015-ci ildə yaratmşdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər