main-post-cover

    YouTube üçün 'Dark mode' gəlir

    15.03.2018
    Nijat Hamid
    YouTube kimi video platformaları uzun müddətli istifadəni təmin etmək baxımından istifadəçilər üçün yeniliklər etməlidilər.
        Bu yeniliklərdən ən nəzərə çarpanı YouTube-un kompüter ilə istifadə üçün gətirdiyi "Dark Mode" və ya "Qaranlıq Mod" dediyimiz tema dəstəyi oldu. Bunun hesabına YouTube həm əvvəlkindən daha fərqli görünürdü, həm də saytda saatlarla vaxt keçirən istifadəçilərin gözləri çox ağrımırdı. Bu qara tema dəstəyi o qədər sevildi ki, istifadəçilər onun YouTube-un mobil tətbiqinə də gəlməsini istəyirdilər.
    Və nəhayət YouTube-un mobil tətbiqinə "Dark Mode/Qara Tema" dəstəyi gəlir.    
        Bu gündən etibarən iOS istifadəçiləri üçün yayımlanan yenilənmə qısa zaman ərzində Android istifadəçiləri üçün də hazır olacaq. Qeyd edək ki, bu "Dark Mode" hesabına həm gözlərimiz daha az yorulacaq, həm də qara və tünd rənglər hesabına telefonumuz daha az batareya enerjisi istifadə edəcək.
       Dark Mode-u aktiv etmək üçün tətbiqə daxil olub Settings ( Ayarlar) hissəsinə keçid etməlisiniz. Və sonra "Dark Mode" ayarını aktiv edə bilərsiz

    Linki kopyala