main-post-cover

    Youtube tətbiqində 15 saniyəlik videoların çəkilişi test olunur: Adi Stories-dən nə ilə fərqlənir?

    Sosial Media
    26.06.2020
    Farid Pardashunas
        Youtube videoservisi öz mobil tətbiqi vaitəsilə 15 saniyəlik videoların çəkilməsi funksiyasını test etməyə başlayıb. Bu barədə 9to5google saytı xəbər verib. Yeni funksiya sayəsində 15 saniyəlik xronometraja sahib bir neçə videonu bir tam videoya da çevirmək olar. Daha uzun xronometraja sahib videoları smartfondakı Gallery bölməsindən yükləmək lazım gələcək. Adi Stories-dən fərqli olaraq Youtube-da olacaq bu 15 saniyəlik videolar digər adi Youtube videoları kimi əks olunacaqlar.
        Bu funksiyanı işə salacaq düymə Android iOS üçün olan Youtube tətbiqinin bir sıra istifadəçiləri üçün istifadəyə veriləcək. Bu cür funksiyanın Youtube-da reallaşdırılması TikTok-un məşhurlaşması ilə əlaqəli ola bilər. Belə ki, TikTok-un məşhurlaşması fonunda videoervis cavan istifadəçi kütləsinə özünə cəlb etmək istəyir. Hələ bu ilin aprel ayında məlumat ortaya çıxmışdı ki, Youtube servisi TikTok-a rəqib olacaq Shorts adlı qısa videolar servisi üzərində çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər