main-post-cover

    YouTube servisinin çoxdan gözlənilən funksiyası Android üçün gəldi

    Sosial Media
    27.03.2018
    Farid Pardashunas
        Bundan sonra Android istifadəçiləri YouTube-da kvadrat və şaquli videoları tam ekranda izləyə biləcəklər. Bir qayda olaraq Google tətbiqləri üçün olan yenilənmələr ilk öncə Android əməliyyat sisteminə gəlir. Lakin bu heç də həmişə belə olmur. Keçən il YouTube servisinin iOS versiyası üçün maraqlı yenilənmə gəlmişdi. Həmin yenilənmə sayəsində tətbiq istifadəçi tərəfindən izlənən videonun formasına avtomatik adaptasiya olurdu. İndi isə Google şirkəti bildirib ki, tətbiqin kvadrat və şaquli videolara avtomatik adaptasiya funksiyası artıq Android istifadəçiləri üçün də aktivdir.
        Artıq YouTube tətbiqi sizin izlədiyiniz bu cür videoları tam ekranda əks etdirir və bu zaman ortaya çıxan qara zolaqları aradan qaldırır. Bu, iOS-dən sonra Android-də də işə salınan çoxdan gözlənilən bir yenilikdir. Həmçinin şirkət bildirib ki, YouTube servisinin mobil versiyası üçün qara tema özəlliyi yaxın zamanda aktivləşdiriləcək. Qeyd etmək lazımdır ki, iOS əməliyyat sistemi üçün YouTube servisinin qara teması hələ 2 həftə bundan öncə istifadəyə verilmişdi. Lakin şirkət bildirmişdi ki, eyni funksiyanın Android üçün aktivləşdirilməsi bir qədər zaman alacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər