main-post-cover

    Youtube servisi yeni qanun vasitəsilə istənilən istifadəçi hesabını bağlaya biləcək

    Sosial Media
    11.11.2019
    Farid Pardashunas
        Bu ilin yay fəslində bir sıra sərt qaydaların qüvvəyə minməsindən sonra Youtube videoservisdən istifadə siyasətini yeniləyib. Beləliklə gələn aydan başlayaraq videoservisdə yeni qaydalar qüvvəyə minəcək. Həmin qaydalara əsasən çox bəsit bir səbəbə görə istənilən istifadəçinin bu videoservisdəki istifadəçi hesabı bağlana bilər. Bu barədə 4pda saytı xəbər verib.
        Qüvvəyə minəcək əsas qayda ondan ibarətdir ki, Youtube servisi “kommersiya məsələsi üzrə məqsədə uyğun olmayan” istifadəçi hesablarını bağlayacaq. Nəzəri cəhətdən bu qayda ilə reklamlar vasitəsilə gəlir əldə etməyən istifadəçi hesablarının Youtube-da bağlanması imkanını verir. Bura həmçinin kommersiya məqsədli elanların və bannerlərin bloklayıcılarından istifadə edən istifadəçi hesabları da daxildirlər. Maraqlısı ondadır ki, hal hazırda olan istifadəçi razılaşması şərtlərində həmin bölmə yoxdur. Bu yeni qayda 10 dekabr tarixindən qüvvəyə minəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər